Rahim Hacıyev da mühacirətə getdi

Rahim Hacıyev da mühacirətə getdi "Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Azərbaycanı birdəfəlik tərk edib.

O, ailəsi ilə birlikdə Fransaya, rəhbərlik etdiyi qəzetin baş redaktoru Qənimət Zahidin yanına gedib. R.Hacıyevin yaxın günlərdə Hollandiyaya yollanacağı və orada qaçqın statusu almaq üçün müraciət edəcəyi bildirilir.

Rahim Hacıyev Qənimət Zahid Fransaya köçəndən sonra "Azadlıq" qəzetinə faktiki rəhbərlik edirdi. O, son vaxtlar bir neçə dəfə qəzetin həbsdə olan yayım direktoru Faiq Əmirlinin işi ilə bağlı istintaqda dindirilib.

"Azadlıq" qəzetinin çapı 2016-cı ilin noyabrından dayandırılıb.(BakiPost.az)
Tarix: 23-01-2017, 08:36
Xəbəri paylaş





Xəbər lenti