“AŞPA-da Azərbaycan deputatlarının davranışı araşdırılsın”
Korrupsiya əleyhinə beynəlxalq Transparency International təşkilatı Avropa Şurası rəhbərliyini bu təşkilatda korrupsiya faktlarını araşdırmağa çağırıb və “insan hüquqları üzrə Avropanın ən mühüm təşkilatında” korrupsiyaya qarşı səmərəli mübarizə mexanizminin olmadığını qeyd edib.
Transparency International AŞPA-nin baş katibi Turbyorn Yaqlandı Avropa Sabitlik Təşəbbüsünün (ESI) Azərbaycan tərəfindən AŞPA üzvlərinin öz tərəflərinə çəkilməsi haqqında ittihamlarına cavab verməyə çağırıb.
“Uzun illər ərzində Azərbaycan əsas parlamentarilərə guya böyük məbləğdə pul verməklə və digər hərəkətlərlə insan hüquqları məsələləri üzrə səsverməyə hədsiz təsir göstərib”, müraciətdə bildirilir.
Transparency Innternational-ın Çexiya, Fransa, İtaliya, Latviya, İspaniya və Böyük Britaniya nümayəndəliklərinin başçılarının imzaladığı müraciətdə aşağıdakı tələblər ifadə olunub:
– Avropa Şurasında korrupsiyanı pisləyən ictimai bəyanat yayılması;
– Avropa Şurasının etika məsələləri üzrə xüsusi ofisinin AŞPA üzvlərinin etika normalarına riayət etməsini təmin etməsi;– 2013-cü ilin yanvarında AŞPA-da siyasi məhbuslar məsələsi üzrə səsvermə hallarının və Azərbaycan nümayəndə heyəti üzvlərinin davranışlarının müstəqil araşdırılmasının təşkil edilməsi.
Kürü diplomatiyası: Avropa bataqlığı” hesabatıAvropa Sabitlik Təşəbbüsünün (European Stability Initiative) 2016-cı il dekabrın 17-də yaydığı “Kürü diplomatiyası: Avropa bataqlığı” adlı araşdırmasının ikinci hissəsində (http://www.esiweb.org/index.php?lang=en&id=156&document_ID=181) Azərbaycan Milli Məclisinin deputatları və yüksək vəzifəli Avropa siyasətçilərinin cəlb olunduğu korrupsiya sxemlərinin ifşası əksini tapıb.
Rəsmi Bakının maraqlarının fəal lobbiçiləri arasında Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Xalq Partiyasından olan qrup sədri, İtaliya prokurorluğu tərəfindən məsuliyyətə cəlb edilmiş italiyalı parlamentari Luka Volontenin (Luca Volonte) adı çəkilir. İtaliya prokurorluğunda aparılan istintaqla əməkdaşlıq etməyə razılaşan Volonte Azərbaycandan pul alan bir çox Avropa siyasətçisinin adlarını açıqlayıb.
“Volonte özü lobbiçilik xidmətlərinə görə, Azərbaycandan təxminən 3 milyon avro alıb. O, bu vəsaitin bir hissəsini digər deputatlara paylayıb”, deyə hesabatda qeyd edilir.
Tarix: 23-01-2017, 22:30