İqtidardan sensasion müjdə: Dövlət Miqrasiya Xidməti ləğv olunur - Faktlar

İqtidardan sensasion müjdə: Dövlət Miqrasiya Xidməti ləğv olunur - Faktlar Dövlət Miqrasiya Xidmətinin ləğv olunaraq ASAN Xidmətə verilməsinə zərurət yaranıb

Politika.Az-a daxil olan məlumatda qeyd olunur ki, bu qurumun bəzi səlahiyyətləri ASAN xidmətə verilsə də, tamamilə strukturun demontajı təklif edilir.

Hökumət tərəfindən islahat paketində və ekspertlərin təkliflərində Dövlət Miqrasiya Xidmətinin ləğv olunaraq ASAN Xidmətə verilməsi müzakirə olunur.

Bu qurumun Dövlət Sərhəd Xidmətinə birləşdirilməsi ideyası da var. ASAN Xidmətdə Bakı Regional Dövlət Miqrasiya Xidməti İdarəsinin də yerləşməsi gözlənilir.

Dövlət Miqrasiya Xidmətində (DMX) baş verən qanunsuzluqlar, rəhbər şəxslərin özfəaliyyəti ilə bağlı mətbuatda çoxsaylı şikayətlər var. Dövlət Miqrasiya Xidmətinin (DMX) işindəki çatışmazlıqlar barədə çoxdan həyəcan təbili çalınırdı.

Lakin bu siqnallar o qədər yayğın idi ki, onları sistemləşdirmək, detal və faktları dəqiqləşdirərək bunun əsasında ümumi qənaətə gəlmək üçün aylarla işləmək lazım gəlirdi.

Bəri başdan deyək ki, DMX-dan gələn şikayətlərin sayı xüsusilə son iki ildə, yəni Firudin Nəbiyev bu quruma rəhbər təyin olunandan sonra artıb.

Politika.Az-a daxil olan məlumatda qeyd olunur ki, F.Nəbiyevin dövlət orqanlarında yüksək post tutmasına baxmayaraq özünün də ciddi şəkildə bizneslə məşğul olmasına dair fikirlər dolaşır.

Deyilənlərə görə, o, bir çox kafe və restoranların sahibidir, üstəlik türk ustaların çalışdığı çoxsaylı gözəllik salonlarına “krışalıq” edir.

Media yazır ki, Dövlət Miqrasiya xidmətinin rəisi Firudin Nəbiyev ləğv edilən MTN-də baş verən hadisələrdən sonra rəhbərlik etdiyi qurumda cidd sıxıntılarla üzləşib.

Ancaq iddia olunur ki, Dövlət Miqrasiya Xidməti qanunsuz olaraq “OV konsaltİng” MMC adlı şirkət vasitəsi ilə vətəndaşlardan pul yığır.

Bəlli olub ki, bu şirkətin arxasında DMX-nin rəisi Firudin Nəbiyev dayanır, ona yaxın adamlar işlədir və sənəd təqdim etməyə gələnləri oradan blank almağa məcbur edirlər.

Qanunda isə qeydiyyat üçün Miqrasiya Xidmətinə müraciət edərkən heç bir dövlət rüsumu tələb olunmadığı göstərilib. Amma DMX-də qanunlar yox, Firudin Nəbiyevin "siyasəti" keçərlidir.

Politika.Az yazır ki, bundan başqa, Miqrasiya Xidmətinə müraciət edən hər bir əcnəbidən həm mərkəzi, həm də regional idarələrdə (Xaçmaz, Şirvan, Ağsu, Yevlax, Gəncə, Bakı) sənədlərini təqdim edəndə 5 manat tələb edirlər.

Soruşursan bu nə üçün alınır, cavab verən yoxdur. Xidmət rəhbərliyi qanunvericilikdə nəzərdə tutulmayan formada, xüsusi otaqlarda əcnəbilərdən sənəd qəbul edir, daha dəqiqi pul alır. Maraqlısı odur ki, həmin pulyığanların çoxu rəsmi işçilər deyil.

Onlar sənədləri və pulları makler kimi toplayıb aparıb səlahiyyətli və rütbəli əməkdaşlara təhvil verirlər. Mətbuatda siyahısı yayılmış aşağıdakı obyektlər DMX rəsinə məxsusdur:

- “FASHİON Club” qadın gözəllik salonu - Bakı şəhəri, Teymur Əliyev küçəsi
- Fermer təsərrüfatı - 500 hektar ərazidə - Xaçmaz rayonu, Xudat şəhərində
- Kafe, restoran, ərzaq mağazaları, pullu avtodayanacaq - Yalama keçid məntəqəsinin qarşısında
- Novxanıda dəniz kənarında restoran
- “Orxan” istirahət mərkəzi - Nabranda
- “ATA Market”- Binəqədi qəsəbəsində
- “Elay” şadlıq evi - Bayıl qəsəbəsində (DMX idarə rəisi İntiqam Məmmədovla şərikli)
- Masazır qəsəbəsində yeni tikilən bir neçə bina
- Yanacaq doldurma məntəqəsi - Bakı-Rusiya magistral yolunda
- Hotel - Bakı şəhəri, Teymur Əliyev küçəsində
- Şəxsi avtomobillər kolleksiyası
- “Mersedes Galendwagen” - nömrə nişanı - 002
- “Mersedes S Klass” - nömrə nişanı - 002
- “Range Rover Discovery” - nömrə nişanı -011
- “Lexus 570" - nömrə nişanı - 009.


Politika.Az
Tarix: 25-01-2017, 10:14
Xəbəri paylaş





Xəbər lenti