Ramiz Mehdiyev fikirlərini İlham Əliyevlə bölüşübmü? - Alya Yaqublu yazır
Alya Yaqublu
Ramiz Mehdiyev məmurlara rüşvət almayın deyib. Bəlkə, daha açıq danışıb, bilmirəm, amma bunun tərcüməsi budur ki, az alın, ağını çıxartmayın, vəziyyət ağırdır...
Nə demək olar, müsbət hadisədir. Demək ki:
1. Yuxarılar aşağıların qəzəbindən qorxmağa başlayıb,
2. Tərifçi məmurların və vətəndaşların müsbət reaksiyalarına rəğmən onlar gerçək ictimai rəydən xəbərdardırlar,
3. Öz idarətmə sütunlarından birini - hakimiyyətin "qan damarı" olan rüşvətxorluğu məhdudlaşdıracaq qədər zəifləyiblər, vəziyyətdən çıxmaq üçün heç bir ciddi fikrləri, planları, potensialları yoxdur...Bura qədəri məlum. İndi qalır bundan əvvəlinə aydınlıq gətirmək:
1. Ramiz Mehdiyev özü real durumun çıxılmazlığının fərqindədirmi və bu barədə fikirlərini İlham Əliyevlə də bölüşübmü?
2. Bölüşübsə, İlham Əliyevin uğurla başa çatmış iqtisadi böhran, hər sahədə önəmli irəliləyişlər haqda çıxışına münasibəti necə olub? İndiki vəziyyətə bu qədər qeyri-adekvat çıxışın hakimiyyətə xal qazandırmadığını, əksinə, zərər verdiyini ona deyibmi?
3. Yox, əgər bu rüşvət qısıtlaması planı kollektiv ağılın məhsuludusa, hakimiyyətdə bu xəstə kişidən başqa bu işi tapşırmağa adam tapılmayıbsa, yuxarılardakı parçalanma, qütbləşmə və çəkişmələr hakimiyyətin taleyini hansı səviyyədə təhdid edir?
P.S. Məlumatlı mənbələr deyirlər ki, hakim komandada ciddi səviyyədə anarxiya var, artıq heç kəs prezidentin qəzəbindən qorxmur. Gerçəkdən belədisə, Ramiz müəllimi nahaq incidiblər. Həm sözü də yerə düşəcək, YAP erasının sonuncu mogikanına hörmətsizlik olacaq.
Tarix: 25-01-2017, 15:33