“Azərbaycanda FETÖ-nün beli qırıldı”- Erkan Özoral
“Azərbaycanda ağır zərbə alan Fətullahcı Terror Təşkilatının beli qırıldı”.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyə-Azərbaycan diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə bağlı Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
O, bildirib ki, bu təhlükəyə qarşı mübarizə təxirə salınmamalıdır:“Türkiyə -Azərbaycan arasındakı əlaqələr “qəliblərə sığmır” və tarix boyu iki ölkə arasındakı dostluğa söykənən əlaqələr inkişaf edir. Eyni millətin iki ayrı qolu. Azərbaycanın müstəqil olmadığı dövrlərdə də, dostluq-qardaşlıq Anadoluda eyni şəkildə davam etdirilib”- deyə, o, bildirib.
15 iyul dövlət çevrilişinə cəhd zamanı Azərbaycan dövləti və xalqının Türkiyənin yanında olduğunu da xatırladan E. Özoral əlavə edib ki, Azərbaycan FETÖ ilə mübarizəyə 15 iyuldan əvvəl başlayıb:
“Azərbaycan FETÖ-nün Türkiyədəki inkişafını yaxından təqib etməkdəydi. Məhz, Azərbaycan lazımi tədbirləri 15 iyul olayından əvvəl almağa başlayıb. FETÖ-yə məxsusus məktəblər bağlanıb, yayın orqanları barəsində bəzi addımlar atılıb. 15 iyuldan sonra bu addımlar daha da surətləndirilib. Azərbaycanda ağır zərbə alan FETÖ-nün beli qırılıb. Bu təşkilat yayıldığı hər ölkədə təkrar canlanıb, ortaya çıxmaq üçün fürsət gözləyən şeytani bir quruluşdur. Bu səbəbdən də mübarizənin sonuna qədər aparılması lazımdır. Biz Azərbaycandan bu mövzuda dəstək gördük və bundan sonra da dəstəyini davam edəcəyilə bağlı heç bir şübhəmiz yoxdur”.
Türkiyə və Azərbaycanın birgə reallaşdırdıqları enerji və nəqliyyat layihələrindən də bəhs edən E. Özoral Azərbaycanın neft və təbii qazını dünya bazarlarına Türkiyə vasitəsilə daşımağa razılıq verdiyini söyləyib.
Hazırda Neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə daşındığını xatırladan E. Özoral bildirib ki, indi də Cənubi Qafqaz, Trans Anadolu (TANAP) və Trans Adriatik xəttlərindən ibarət olan Cənubi Qaz Dəhlizi ilə Azərbaycan təbii qazı Türkiyə üzərindən dünya bazarına çıxarılacaq.
E. Özoral Azərbaycan ilə reallaşdırılan TANAP layihəsinin əhəmiyyətindən danşaraq, layihənin nəzərdə tutulan vaxtdan daha tez başa çatdırılacağını da deyib.
“Bu layihələr, yəni poladdan olan boru kəmərləri Azərbaycanın dünyaya inteqrasiyasını təmin edəcək” – deyə, o, bildirib.
http://www.aksam.com.tr/dunya/fetonun-azerbaycanda-beli-kirildi/haber-589462
Anar
Tarix: 25-01-2017, 21:45