"Baş verənlər Azərbaycan xalqına qarşı bir təhqirdir" - Hafiz Hacıyev
Son aylar vaxtilə Azərbaycanda yaşayan ermənilərin ölkəmizə qayıdışının təşkili ilə bağlı bir sıra addımlar atılmaqdadır
Hansı ki, cəmiyyətdə birmənalı qarşılanmayan bu addımlar bəzi media orqanları tərəfindən təqdirəlayiq yenilik kimi təqdim olunmaqdadır.Azərbaycan torpaqlarının hələ də işğal altında olduğu bir zamanda ermənilərin ölkəmizdə məskunlaşdırılması nə dərəcədə doğrudur?
Moderator.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, baş verənlər Azərbaycan xalqına qarşı bir təhqirdir:
"Təsəvvür edin ki, ermənilər 1 aydır ki, Azərbaycan əsgərinin cəsədini bizə verməkdən imtina edir, biz isə erməniləri ölkəmizə dəvət edib onlara ev veririk. Görün o, rəhmətə getmiş əsgərin anası nələr çəkir. Bir tərəfdə sosial şəbəkələrdə onun oğlunun cəsədi yayılır, digərində isə Bakıya dəvət olunmuş ermənilər.
Mən dəfələrlə qeyd etmişəm ki, ölkəmizdə ermənilərlə qohumluğu olan məmurlar var. Bu şəxslər ermənilərin Azərbaycana gəlməsinin tərəfdarıdılar. Onlar bütün imkanlardan istifadə edərək ermənilərin ölkəmizə gəlməsini təmin etmək istəyirlər. Xalqımız birlik nümayiş etdirərək bu satqınların qarşısını almalıdır.”
Siam.az
Tarix: 27-01-2017, 22:33