İmamverdi İsmayılov həbs olunan “Reket jurnalist”ə hamilik edirmiş?

İmamverdi İsmayılov həbs olunan “Reket jurnalist”ə hamilik edirmiş? Bir neçə ildir ki, Azərbaycan cəmiyyəti üçün bəlaya çevrilən “Gündəlik-Bakı” adlı qəzetin və bir neçə reket saytın rəhbəri olan Habil Vəliyevin həbsindən sonra bir sıra maraqlı məqamlar üzə çıxıb.

Qeyd edək ki, ləğv olunmuş MTN-in Anti Terror Mərkəzinin çətiri altında fəaliyyət göstərən “reket” baş redaktorun şantaj edərək, hədə-qorxu ilə pul almadığı iş adamı, idarə müdiri qalmamışdı.
Gununsesi.info-nun xəbərinə görə, Habil Vəliyevin istintaqı zamanı aparılan araşdırmalarda onun arxasında dayanan şəxslərdən birinin Milli Məclisin üzvü İmamverdi İsmayılov olduğu üzə çıxıb. “Reket jurnalist”in əlaqələri müəyyən olunarkən hər iki şəxsin davamlı telefon danışıqları üzə çıxıb.
Araşdırmalarda həmçinin, İmamverdi İsmayılovun Habil Vəliyev vasitəsilə bəzi məmurlar haqqında informasiyalar da yazdırdığı bəlli olub.
Artıq məsələdən deputatın da xəbərdar olduğu və çıxılmaz duruma düşdüyü bildirilir.
Məsələ ilə bağlı deputatın özünün də fikirlərini təqdim etməyə hazırıq.

Siam.az
Tarix: 28-01-2017, 15:03
Xəbəri paylaş





Xəbər lenti