Azərbaycan prezidentinin iştirakı ilə regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrasına həsr olunmuş konfrans keçirilir
Bakıda "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans başlayıb. APA-nın məlumatına görə, konfrans Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilir. Dövlət başçısı konfransda çıxış edəcək.
Konfransın ikinci hissəsində iqtisadiyyat naziri Şahin Mustafayev, vergilər naziri Fazil Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov və Gömrük Komitəsinin sədri Aydın Əliyevin çıxışları olacaq, sahibkarlarla müzakirələr aparılacaq.
Tarix: 30-01-2017, 10:24