Natiq Cəfərli istintaqa çağırıldı: “Suallara mən, cavablarıma onlar güldülər”

Natiq Cəfərli istintaqa çağırıldı: “Suallara mən, cavablarıma onlar güldülər” Tanınmış jurnalist Eynulla Fətullayev “İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı” başlıqlı məqalə yazıb.

O belə bir iddia irəli sürüb ki, REAL hərəkatının nümayəndələri - Natiq Cəfərli, Azər Qasımlı və Erkin Qədirlinin - İranın Azərbaycandakı səfirinin ikinci katibi Mehdi Arifzadə ilə görüşü nəticəsində bu təşkilatın rəsmi Tehranın siyasətinə qulluq edəcəyi ilə bağlı anlaşma əldə olunub.
Qeyd edək ki, bundan sonra Baş Prokurorluq araşdırma aparılacağını bildirmişdi.

REAL hərəkatının icraçı katibi Natiq Cəfərli isə bu gün məsələ ilə bağlı istintaqa çağırılıb.

Modern.az xəbər verir ki, bu haqda N. Cəfərli özü məlumat verib.
“Bu gün saat 11-də məlum saytda çıxan absurd iddialarla bağlı istintaqa çağrılmışdım, 2,5 saat ifadə verdim. Suallara mən güldüm, cavablarıma onlar. Beləcə pozitiv və mədəni söhbət oldu. Multfilm kimi araşdırmadır. Hər şey qaydasındadır. Yola davam”-deyə o bildirib.

Siam.az
Tarix: 30-01-2017, 16:20
Xəbəri paylaş





Xəbər lenti