Ruslan Bəşirli bəyanat yaydı

Ruslan Bəşirli bəyanat yaydı Avropa.info saytı xaricdə fəaliyyət göstərən və Azərbaycan vətəndaşlarına saxta sənəd satan təşkilatlarla əməkdaşlıq etmədiyini açıqlayıb.

Axar.az xəbər verir ki, saytın yaydığı bəyanatda Almaniya və digər Avropa ölkələrinə “saxta jurnalistlərin” guya siyasi təqiblərlə üzləşdiyi barədə “arayışlar” təqdim edən Qazeta Analitik İnformasiya Mərkəzi ilə heç vaxt əməkdaşlıq etmədiyi vurğulanıb:


“Qazeta Analitik İnformasiya Mərkəzi adlı bir qurum tərəfdaşlıq etdiyi media orqanları arasında bizim saytın da adını çəkib. Avropa.info olaraq bildirir ki, sayt belə bir mərkəzlə heç vaxt əməkdaşlıq etməyib. Adımızdan istifadə edərək vətəndaşlara saxta vəsiqə satan bu cür cinayətkarlara ən sərt şəkildə etiraz edirik”.

Gündəminfo.az saytının baş redaktoru Razi Abasbəyli də Axar.az-a açıqlamasında belə bir təşkilatla heç vaxt əməkdaşlıq etmədiklərini deyib.

Qeyd edək ki, Qazeta Analitik İnformasiya Mərkəzi Azərbaycandan Avropa ölkələrinə saxta ” siyasi mühacir” ixracı ilə məşğuldur. Təşkilat “arayışında” Avropa.info, Teref.info, Xalqxeber.az, Gündəminfo.az, Azadliq.info saytları ilə, o cümlədən siyasi mühacirlərlə əməkdaşlıq etdiyini bildirib.
Tarix: 30-01-2017, 16:47
Xəbəri paylaş





Xəbər lenti