“Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri yox, “Ağsu” naziridir” –Hafiz Hacıyev

“Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri yox, “Ağsu” naziridir” –Hafiz Hacıyev "Nazirlərin ya Azərbaycandan xəbərləri yoxdur, ya da o qədər kompakt həyat yaşayırlar ki, millətlə onların arasında bir uçurum var”

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Şahin Mustafayevin qiymət artımı ilə fikirlərinə münasibət bildirərkən pia.az-a açıqlamasıda qeyd edib.


İqtisadi inkişaf naziri Şahin Mustafayev Milli Məclisdəki büdcə müzakirələrində bildirib ki, elektrik enerjisi və qazın yeni tarifləri əhalinin böyük əksəriyyətinin xərclərinə təsir etməyəcək. Bu nə qədər inandırıcıdır? Eyni zamanda dünən saytlarda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun yeni tikdirdiyi videonun görüntüləri yayılıb. Əhalinin böyük əksəriyyətinin böyük ehtiyac içində yaşadığı indiki şəraitdə bir çox nazirlər dəbdəbə içində yaşamaqda davam edirlər. Bu hallara son vermək üçün hansı addımlar atılmalıdır?

Milli Məclisdə büdcə müzakirələri davam etməkdədir. Bu mövzu ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev öz fikirlərini əməkdaşımızla ilə bölüşüb.

Hafiz Hacıyev: "Şahin Mustafayev başdan ayağa yalan danışır. Necə yəni Tarif Şurasının yeni tarifləri əhaliyə təsir etməyəcək?”.

Qiymət artımının əhalinin yaşayış tərzinə birbaşa təsir etdiyini vurğulayan Hafiz Hacıyevə görə, nazirlər kompakt həyat sürdüklərinə görə xalqın vəziyyətindən agah deyillər:

"Şahin Mustafayev başdan ayağa yalan danışır. Necə yəni Tarif Şurasının yeni tarifləri əhaliyə təsir etməyəcək? Hansı əsaslar bu təsirin olmayacağını göstərir? Görünür, nazirlərin ya Azərbaycandan xəbərləri yoxdur, ya da o qədər kompakt həyat yaşayırlar ki, millətlə onların arasında bir uçurum var. Əhali bu gün qaz, işıq yandıra bilmir, sahibkarlar istehsal sahələrini dayandırıblar. Məhz Şahin Mustafayev kimilərin siyasəti nəticəsində Azərbaycan bu günə qalıb. Mən belə başa düşürəm ki, Şahin Mustafayevin bu məsələlərdən xəbəri yoxdur. Onun özü yaxşı yaşayır, elə bilir hamı elə yaşayır. Şahin Mustafayev fikirləşsin, görək, onun ətrafı və ondan aşağı təbəqə necə yaşayır? Şahin Mustafayevin dedikləri tamamilə əsassızdır. Onlar öz kabinetlərindən çıxmırlar. Adamın vicdanı olar. Milləti bu qədər ələ salmaq olmaz. Onlar ölkəni talan ediblər, düşünürlər ki, xalqı elə bu cür talan etməyə də davam edəcəklər.

Hafiz Hacıyev: "Bu Səlim Müslümov pensiyaçıların, aztəminatlı ailələrin, Qarabağ veteranlarının haqqını yeyən bir adamdır”.

Birdə Səlim Müslümov var. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri. Bu Səlim Müslümov pensiyaçıların, aztəminatlı ailələrin, Qarabağ veteranlarının haqqını yeyən bir adamdır. O, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri yox, "Ağsu” naziridir. Ona görə ki, bütün qohumlarını nazirliyə yığıb və nazirlikdə çirkab işlərlə məşğul olurlar. Biz Səlim Müslümovun 5 mərtəbəli villası barədə bir neçə ay öncə saytlara xəbər vermişdik. Kimlərsə sonradan gedib bunu çəkiblər. Bu hələ üzə çıxan faktdır. Biz bu villanın tikilməsi üçün müəyyən yerlərə şikayət etmişik və tikilməsi dayandırılıb. O villaya minlərlə, milyonlarla pul tökülüb. Nazirlərin mülklərinin sayı bir neçə dənədir. Bununla mübarizə aparılmalıdır.

Mübarizə nəticəsində Həsən Əliyev küçəsi, "Vorovski”, Zeytunluq və digər sahələrdə tikilən obyektlərin kimlərə aid olduqlarını öyrəsinlər. Həmin obyektlər satılsa, bu gün dövlət büdcəsinin yarım illiyini təmin edər. Səlim Müslümovun villası Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən baxılmalıdır. Araşdırıldıqdan sonra Səlim Müslümov həbs edilməlidir”. Siam.az
Tarix: 6-02-2017, 23:12
Xəbəri paylaş





Xəbər lenti