Hafiz Hacıyev sabiq icra başçısına vəzifə verdi - Partiyada sədr müavini

Hafiz Hacıyev sabiq icra başçısına vəzifə verdi - Partiyada sədr müavini Bu gün Müasir Müsavat Patiyasının (MMP) mərkəzi qərargahında idarə heyətinin geniş tərkibdə iclası keçirilib

Partiyanın mətbuat xidmətindən daxil olan məlumata görə, iclasda bir sira məsələlər müzakirə edilib.


Ölkədəki ictimai-siyasi vəziyyət, qiymətlərin məmurlar tərəfindən qaldırılması, süni şəkildə bahalaşma, insanları ciddi qiymət artımı ilə üz-üzə qoyulması, ölkə vətəndaşlarının həyatlarının günü-gündən pisləşməsi, hökumət tərəfindən bu məsələlərə biganə yanaşılması məsələləri müzakirə olunub. Azərbaycan hökumətinin ictimai rəyi nəzərə almaması, xalq arasında böyük narazılığa səbəb olan hal kimi vurgulanıb. İdarə heyətinin İclasında dekabr ayında yaradılmış mitinq komitəsinin hesabatı dinlənilib. Mitinq komitəsinin yerlərdə, rayon təşkilatları ilə birgə apardıqları işləri idarə heyəti müsbət qiymətləndirib.

Mitinq komitəsinə tapşırıq verilib ki, hər bir vətəndaşla fərdi qaydada görüşlər təşkil edilsin və gələcəkdə mitinqlərin kütləvi alınması üçün bütün vasitələrdən istifadə edilsin. İdarə heyətində təşkilati məsələlərə baxılıb.

Partiyadan verilən məlumatda o da bildirilib ki, vaxti ilə Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuş, Elcibəy hakimiyyəti dövründə Xanlar rayon (indiki Göy Göl rayonu) İcra hakimiyyətinin başcısı işləmiş, MMP-nin siyasi şurasının üzvü 1959-cu ildə anadan olmuş Məmmədzadə Pənah Mustafa oğlu Müasir Musavat Partiyasının Nizamnaməsinin 6.3.6 maddəsinə uygun olaraq MMP Sədrinin İctimayyətlə əlaqələr üzrə sədr müavini vəzifəsinə təyin edilib.

Bundan əlavə, İdarə heyətinin iclasında bu və ya digər məsələlər geniş şəkildə müzakirə edilib və mühüm qərarlar qəbul olunub. (unikal.org)

Siam.az
Tarix: 8-02-2017, 13:30
Xəbəri paylaş





Xəbər lenti