Hafiz Hacıyevdən Heydər Əsədov və Lapşin haqda şok açıqlamalar...

Hafiz Hacıyevdən Heydər Əsədov və Lapşin haqda şok açıqlamalar... Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev gündəmin aktual mövzuları ilə bağlı suallarımızı cavablandırıb.

Partiya sədrinin səs-küylü müsahibəsini təqdim edirik:

- Hafiz müəllim, Qarabağa qanunsuz səfərlər etmiş blogger Aleksandr Lapşinin ölkəmizə ekstradisiyasını diplomatik uğur hesab etmək olarmı?

- Hər hansı bir jurnalistin tutulmasına diplomatik uğur demək biraz çətindir. Bu adam qanunsuz olaraq Azərbaycanın işğal olunmuş torpaqlarına keçib.Lapşindən başqa yüzlərlə adam Qarabağa olub.Onların arasında artistlər,dünya şöhrətli müğənnilər olub.

Yəni, çox belə hallar baş verib.Amma burada bir siyasi tələ məsələsi var.Məni narahat edən Azərbaycanla Rusiya arasında yarana biləcək soyuqluğun olmasıdır.

Bu günə qədər biz düşünürdük ki, Putinin köməkliyi ilə Dağlıq Qarabağ məsələsi həll olunacaq. Amma prezidentin Avropa səfəri ərəfəsində Rusiya ilə münasibətləri bu dərəcədə kəskinləşdirməyin tərəfdarı deyiləm.

-Yəni Avropa səfərindən sonra bu soyuqluğun yaranmasını təsadüfi saymırsız?

- Amerika okeanın o tayındadır.Onlar gəlib bizə kömək edənə qədər Azərbaycan işğal oluna bilər. Ən yaxşı halda Rusiya ilə münasibətləri yaxşılaşdırmalıyıq.

Ona görə ki,həm qonşu dövlətdir,həm də Azərbaycanın 2-3 milyondan artıq vətəndaşı orada çörək qazanırlar.

Lapşin elə bir böyük adam deyil ki, biz onu qolu-qandallı gətirək?! Lazım deyil ki, bunu telekanallarda reklam edək və bununla Rusiyanı qıcıqlandıraq.Jirnovski də belə bir bəyənat verir ki,artıq ermənilər müharibəyə qalxmalıdır və Putin də onları müdafiə edəcək.

Düşünürəm ki, bu, bir tələdir.Azərbaycan dövlətinin içində hər an prezidentə xəyanət edən qüvvələr var. Gələcəkdə prezidentin qəbul etdiyi islahatların qarşısını almaq,prezidentin başını qatmaq kimi atılmış kimi bir oyundur.

Bu gün Bakıya öz erməni qohumlarını dəvət edən məmurlar var.Bu da məkrli bir siyasətdən xəbər verir.Bunun da qarşısı alınmalıdır.

- Xarici siyasətlə yanaşı, daxili siyasətdə də proseslər gedir. Siyavuş Novruzov deyri ki, islahatlar gedir. Amma faktiki dərman və siqaret qıtlığı var, bahalaşma gedir. Bunu kimlər edir?

- Bu dövlətin qorunmasında,inkişafı üçün Siyavuş müəllim də çox böyük əziyyətlər çəkir.Bugünki gündə belə bahalaşma olması ölkə prezidentinə qarşı təxribatdır və bütün vasitələrlə çalışırlar ki,ölkə prezidentinin xalqla olan münasibəti arasında uçurum yaratsınlar.

Buna da nail olublar. Bu çox pis haldır.Mən istərdim Siyavuş müəllim bu məsələlərdə patriotluq eləsin və hakimiyyətin içində olan,xalqa,prezidentə xəyanət edən qüvvələrin təmizlənməsində qabağa keçsin.

Ona görə də,bu məsələdə Azərbaycan xalqını səbrli olmağa və prezidentin xatirinəhələlik susmağa,tərpənməməyə dəvət edirəm.

-Yeri gəlmişkən, belə iqtisadi vəziyyətdə idman nazirimiz dedi ki, İslam Oyunlarına gəlməyə imkanı olmayan 7 ölkənin xərcini çəkəcəyik. Bu bizə lazımdırmı?

- İlk növbədə nəzərinizə çatdırım ki, ilk təpkini Azad Rəhimova sizin sayt vasitəsiylə mən göstərdim ki,qarnı yekə olması hələ nazir olmaq demək deyil. Bunu gizli də saxlamaq olardı. Görürsüzmü, maaş, pensiya ala bilməyən insanlara acıq verirlər, qıcıqlandırırlar.

Mən istəməzdim ki, Azad müəllim bu cür siyasi səhvlərə yol versin. Bu cür məsələlər bilərəkdən, bilməyərəkdən dövlətçiliyin əleyhinə işləyən məsələlərdir.

- Hafiz müəllim, daxili siyasətdə daha çox aqrar sektorun inkişafı vacibdir. Amma kənd təsərrüfatı naziri nə fermerlərlə görüşür, nə kəndçinin problemini dinləyir. Halbuki, prezidentin “Strateji Yol Xəritəsi” qəbul edilib. Niyə bu sahədə islahatlar yoxdur?

- Dəfələrlə demişəm,bu gün də deyirəm ki,Azərbaycan Respublikasında kənd təsərrüfatı naziri adlı adam yoxdur.Kənd təsərrüfatında sahibkarlara, kənd təsərrüfatına xəyanət edən bir insan var orda - Heydər Əsədov.

Prezident qərar verir ki,üzümçülük inkişaf etdirilsin. Amma nazir bu sahə üzrə normal kadr qoymayıb. Üzümçülük sahəsində Sabir müəllim var idi.O adamı nazirlikdən çıxartdı. Amma vaxt var idi, Sabir müəllimdən soruşurdu ki,fosfor gübrəsi nə deyilən məsələdir.

Bu adam kənd təsərrüfatını bilmir, zır savadsızdır, bu sahəni bilməyən bir adamdır. Düyəylə erkək dananı seçə bilmir. Bundan nə nazir olacaq?

Bir amalı var ki, kimi harda aldadıb pul qoparsın. Bu adamın nazir təyin edilməsi kənd təsərrüfatının batması demək idi,o dabatdı. Artıq bir neçə ay keçib. Hansı rayona gedib, hansı rayonda şum işləri aparıb?

Mən nazirlikdə çox işləmişəm, mənim də orda dostlarım var. Onlar da deyirlər ki,biz artıq üzə çıxa bilmirik.Kənd təsərrüfatı batıb gedir. Bizim fikirlərimizə qulaq asmır,özüdə heç bir şey bilmir.

Elə faktlar var ki, yaxın vaxtlarda üzə çıxardacağıq. Bundan sonra Heydər Əsədov həbs edilməlidir.Əgər bugünkü gündə prezidentimizin kənd təsərrüfatına bu qədər qayğı göstərməsinə belə ögey münasibət bəsləmək Allahsızlıqdı.

Bu adam getsin ərizəsini versin ki,mən bacarmıram. İkinci bir tərəfdən gərək prezidentə canın yana,ürəknən onun tapşırıqlarını yerinə yetirəsən.Azərbaycan baytarlıq sahəsində görün nə qədər problemlər var.

Bu barədə Prezident Aparatının şöbə müdiri Azər Əmiraslanova demişəm. Bundan qabaq İsmət Abbasovun vaxtında Gəncədə süni mayalanma mərkəzi açılmışdı. Bəs o necə oldu?

Ona görə ki, başı çıxmır,ətrafına yığdığı adamlar bu sahəyə aid adamlar deyil. Harda tutulmuş,harda vurulmuş adamlar var hamısından pulu alıb gətirib ora. Bu birmənalı şəkildə belədir. Prezidentin “Yol Xəritəsi” haqqında təsdiq etdiyi fərman sabotaj olunur və icrası dayandırılıb.(politika.az)
Tarix: 9-02-2017, 21:55
Xəbəri paylaş





Xəbər lenti