Abbasov Abbasov Rusiya üçün də “öldü”, Kremlə lazım olmadı - Təfərrüat

Abbasov Abbasov Rusiya üçün də “öldü”, Kremlə lazım olmadı - Təfərrüat Vaxtilə Azərbaycanın siyasi rəhbərliyinə xəyanət etmiş baş nazirin keçmiş müavini Abbasov Abbasov Rusiya üçün də “ölüb”

Ulus.Az xəbər verir ki, 2013-cü ildə seçkilər ərəfəsində hakimiyyətə qarşı xain projedə yer almış A.Abbasov artıq Kremlə də lazım olmadı.

Abbas Abbasov və onun əhatəsindəki insanların fəaliyyəti nəticəsində yaranan konfliktli situasiya ümumrusiya səviyyəsində münaqişə yaratmışdı.

Yaranmış vəziyyətə təkcə Azərbaycanın regional təşkilatları deyil, Ümumrusiya Azərbaycan Konqresinin Sankt-Peterburq, Moskva, Volqoqrad, Murmansk, Stavropol, Perm və Ulyanovsk regional şöbəsindən də reaksiya gəlmişdi.

Putindən birbaşa tapşırıq aldığını bəyan edən Abbas Aydınoviç Rusiyada Bakını qəzəbləndirən hansı işlərlə məşğul olub?

A.Abbasova qarşı 2012-ci ilin ortalarından sonra münasibətin dəyişməsini isə onun Vladimir Putinlə görüşündən sonra ŞÜBHƏLİ FORMADA İÇTİMAİ-SİYASİ FƏALLIĞINI artırması ilə bağlamaq olar. Bunu Abbasovun müsahibədəki fikirlərindən də oxumaq mümkündür.

Belə ki, Abbasov 2012-ci il fevralın 7-də Rusiya prezidenti Putinlə görüşdüyünü bildirir. Sitat: “O, özü məni dəvət etdi və birbaşa sual verdi: azərbaycanlılar Rusiyadakı prezident seçkilərinə niyə öz münasibətini bildirmir?”

Ulus.Az xəbər verir ki, ancaq “mən İlham Əliyevin xəttinin tərəfdarı olaraq qalıram” deyən Abbasovun həmin vaxtlar Milli Şura ideyasına gizli dəstək verməsini, qurumun namizədinin seçkidə qalib çıxması üçün həm maliyyə, həm də hökumətdə olan tərafdarlarının dəstəyini vəd etməsini danmaq mümkün deyil.

Baxmayaraq ki, müsahibəsində cənab Abbasov “Bu, nə yalandır danışırlar ki, guya mən Bakıda dövlət çevrilişi eləmək, Rüstəm İbrahimbəyovu hakimiyyətə gətirmək, özüm isə kölgədə gizlənib dövləti altdan-altdan idarə etmək istəyirəm?

“Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsinin arxasında siyasi məqsədlər dayanır”.

Bunu Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos) sabiq prezidenti, Rusiya Federasiyası Prezidentinin Səlahiyyətli Nümayəndəsi, Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin rəhbəri Söyün Sadıqov bildirib.

S.Sadıqov təşkilatın ləğv edilməsində ÜAK-ın rəhbərliyinin məsuliyyətsizliyi və səhlənkarlığının da olduğunu diqqətə çatdırıb:

“Ancaq bəzi siyasi məqsədlər də var. Hesab etmirəm ki, Rusiya rəhbərliyi bununla Azərbaycan hakimiyyətinə təzyiq göstərmək istəyir. Əsas məqsəd “AzerRos”-un fəaliyyətini gücləndirməkdir.

Rusiya istəyir ki, ölkədə yalnız bir təşkilat – “AzerRos” qalsın. Bu qərarın arxasında əsasən Rusiyanın Federal Agentliyi dayanır. Ola bilər ki, onları bəzi azərbaycanlılar da dəstəkləyir”.

ÜAK-nin ləğvi ilə bağlı qərarın arxasında keçmiş Baş nazirin müavini Abbas Abbasovun dayanması ilə bağlı yayılan bəzi xəbərlərə də toxunan S.Sadıqov bu iddiaların doğru olmadığını söyləyib:

“ÜAK-nin ləğv olunmasına Abbas Abbasovun gücü çatmaz, bu məsələ onluq deyil. Ümumiyyətlə, hazırda Rusiyada Abbas Abbasovun elə nüfuzu da qalmayıb. Əgər onun Rusiya rəhbərliyi yanında elə hörməti və nüfuzu olsaydı, Abbas Abbasov dostu Telman İsmayılova kömək edərdi”.
Tarix: 20-05-2017, 21:00
Xəbəri paylaş





Xəbər lenti