Kremldən Azərbaycana növbəti zərbə: Kütləvi deportasiya başlandı
Rusiyadan azərbaycanlıların deportasiyası başlandı.
Dövlət Gömrük Komitəsindən əməkdaşlarından aztoday.az-a verilən məlumata görə, hər gün Rusiyadan onlarla azərbaycanlı geri göndərilir. Soydaşlarımızın AzToday.az-a verdiyi məlumatda bildirilir ki, Rusiya Miqrasiya Xidməti heç bir səbəb olmadan azərbaycanlıları ölkədən çıxarır.
Onların sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanları deportasiya etdikkləri soydaşlarımızla kobud rəftar etməklə yanaşı onları təhqir edir.
Rusiyadan deportasiya olunan Ədalət adlı soydaşımızın dediyinə görə, onunla birgə daha 5 nəfər azərbaycanlı Rusiyadan deportasiya olunub: “Permə gedirdim, Moskvada məni saxladılar. Bizi aparıb “KPZ”-yə saldılar. 14 saat orda saxladıqdan sonra “konvoy” maşınla bizi gətirib təyyarəyə mindirdilər. Mənimlə birgə Biləsuvar rayonundan 3 nəfər və ata-bala geri göndərildi. Azərbaycanlılarla vəhşi kimi rəftar edirlər. Xüsusi ilə Miqrasiya Xidmətinin əməkdaşları heç bir sərhəd tanımırlar. Etiraz etdikdə mənə sevin ki, səni 3 illik deportasiya etmirik dedilər. Mənə necə STOP qoya bilərlər ki, bir il ərzində 3 dəfə Rusiyaya gedib gəlmişəm. Bütün vergiləri ödəyirəm. Etirazlarıma baxmayaraq, mənə 1 il 6 ay müddətinə Rusiyaya daxil olmağıma “zapret” qoydular. Deportasiya səbəbini soruşmaq istəyənləri müddətin 3-5 ilə qədər qaldıracaqları ilə hədələyirlər”.
Deportasiya olunmasının arxasında siyasi səbəb səbəb durduğunu deyən soydaşımızın fikrincə yaxın günlərdə Rusiyadan azərbaycanlıların kütləvi şəkildə deportasiya olunmağa başlanacağı gözlənilir: “Əvvəllər belə münasibət göstərmirdilər. İndi vəhşi kimi davranırlar…”
Qeyd edək ki, son zamanlar rəsmi Moskva ilə Bakı arasındakı münasibətlərdə gərginlik müşahidə olunur. Rəsmi səviyyədə etiraf olunmasa da Kremlin Azərbaycana təzyiqlərə başladığı açıq şəkildə müşahidə olunur.
Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı – Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi ikitərəfli münasibətlərdə gərginlik yaradır, bu baxımdan da bu, Şimal qonşumuzdan olan təzyiqlərin davamıdır. Gözləmək olar ki, əgər Rusiyanın təzyiqləri altında olan Azərbaycan Moskvadan irəli sürülən şərtləri qəbul etməsə, bu zaman “Qarabağ kartı”nı ortaya ataraq, Ermənistan vasitəsilə Azərbaycanı təxribata çəkməyin yollarını axtara bilər.
Tarix: 22-05-2017, 14:15