İki nazirdən biri vəzifədən gedir?

İki nazirdən biri vəzifədən gedir? Ölkənin dövlət başçısı tərəfindən təsdiq edilmiş inkişaf strategiyasında inzibati aparatın ixtisarı nəzərdə tutulub

Ulus.Az xəbər verir ki, tezliklə sistem dəyişiklikləri olacaq. Azərbaycanın minlərlə müxtəlif dərəcəli məmuru saxlamasına ehtiyac yoxdur.

Ölkəyə strateji istiqamətlərdə işləyəcək hökumət tələb olunur. Aparatın ixtisarı idarələrin biznes sferasına müdaxiləsi kimi iqtisadiyyat üçün çox zərərli problemi aradan qaldıracaq. Həmçinin regional icra hakimiyyəti orqanlarının işlərinə müdaxilə problemi də mövcuddur.

Azərbaycanda doqquz iqtisadi zona var. Bu zonaları inzibati ərazi vahidlərinə transformasiya etmək və regionlara iqtisadi, sosial inkişaf istiqamətlərində fəaliyyət azadlığı vermək lazımdır.

Azərbaycanda dövlət aparatının ixtisar olunması idarəetmə sahəsində islahatların bir hissəsidir və optimallaşma ilə əlaqədardır. Söhbət həm şaquli, həm də üfüqi idarəetmə istiqamətlərində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsindən gedir.

Azərbaycanda əhalinin hər 10 min nəfərinə 287 nəfər dövlət idarəçiliyi sahəsində çalışan işçi düşür. Həmin göstərici ABŞ, Almaniya, Yaponiya və Rusiya Federasiyasında 100-110 nəfər arasındadır.

Ulus.Az xəbər verir ki, Nazirlər Kabinetinin strukturuna 20 nazirlik, 10 dövlət komitəsi, 2 dövlət administrasiyası, 4 dövlət xidməti və 1 dövlət fondu daxildir və onların hamısı dövlət büdcəsindən maliyyələşdirilir.

Nazirliklərin, komitələrin, icra strukturlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi barədə heç bir hüquqi baza yoxdur. Bu baxımdan siyasi postlarla peşəkar postların ayrılmasına, menecerlərin müəyyənləşməsinə ehtiyac var.

Digər tərəfdən isə hökumətin strukturları optimallaşdırılmalı, onun səmərəliliyi artırılmalıdır. Yəni nazirliklər, komitələr və agentliklər yaradılırsa, onun funksiyası və məqsədi dəqiq bəlli olmalıdır.

Azərbaycanda struktur islahatları çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ləğvi nəzərdə tutulur.

Ləğv ediləcək nazirliklərin bazasında Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin yaradılması layihəsi var.

Aqrar sektorun priortitet elan edilməsi və eyni zamanda büdcə xərclərinin optimallaşdırılması iki nazirliyin birləşdirilməsini zəruri edir. Yeni nazirlik daha operativ və çevik idarəetmə standartları əsasında qurulacaq.

Son 1 ildə 3 dövlət komitəsi və 1 nazirlik ləğv edilib: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Satınalmalar üzrə Dövlət Agentliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi.

Dövlət Sosial Müdafiə Fondu isə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeçiliyinə verilib. Nəqliyyat nazirliyi isə Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə birləşdirilib.

Siam.az
Tarix: 23-05-2017, 07:30
Xəbəri paylaş





Xəbər lenti