Partiya sədri Aslan İsmayılovu məhkəməyə verir - "Sübut edəcəm ki..."
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev vəkil Aslan İsmayılovu məhkəməyə verəcək. Buna səbəb isə vəkilin sosial şəbəkələrdə Prezidenti, Ramiz Mehdiyevi və onu təhqir etməsi olub
Siam.az-ın bildirdiyinə görə mia.az-a açıqlama verən H.Hacıyev deyib ki, onun barəsəində ciddi tədbirlərin görülməsi üçün əlindən gələni edəcək. "Aslan İsmayılov xarici kəşfiyyata işləyir. Dəfələrlə ölkə başçısını və Ramiz Mehdiyevi təhqir edib. Özünün facebook səhifəsində haqqımda təhqirlər yazıb, ünvanıma nalayiq ifadələr işlədib. O erməni əsilli türkiyəli iş adamını müdafiə edir, ona-buna şər-böhtan yağdırır. Mütləq cəzalanmalıdır ki, ağlı başına gəlsin.
Vəkillərimə göstəriş verdim ki, onun bu günə qədər dövlət başçısı və ailəsinin əleyhinə yazdıqları ortaya çıxarılsın. Bu adam Cəmil Həsənlinin, Əli Kərimlinin tapşırığı ilə prezidentin ailəsi haqqında şər-böhtan yazdığına görə məhkəmədə cavab verəcək. Sübut edəcəm ki, bu adam hər zaman dövlətin əleyhinə işləyib. Onun hərəkətləri başdan ayağa cinayətdir. Gəlib indi partiya sədrini, 3 dəfə prezidentliyə namizəd olmuş şəxsi təhqir edir. Düzdür, ermənilər həmişə məni təhqir edir. İndi də bu hücuma keçib.
Çünki biz onun dayılarının qulağını kəsmişik. Bu insan erməni kəşfiyyatına xidmət edir. Onun qulağnı dayısı andranikin qulağı kimi kəsəcəm ki, bir də nə prezidentə, nə Ramiz Mehdiyevə, nə də mənə qarşı kampaniya aparmasın".
Siam.az
Tarix: 24-05-2017, 13:38