İcra başçısının müavini vəzifəsindən azad olundu

İcra başçısının müavini vəzifəsindən azad olundu Şəmkir Rayon İcra hakimiyyətinin (RİH) başcısının müavini vəzifəsindən azad olunub

RİH-dən "Report"un Qərb bürosuna verilən məlumatına görə, icra başçısının müavini, ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Məleykə Əlizadə öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Həmin vəzifəyə RİH-də yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi - psixoloqu Aynur Ayaz qızı Abdullayeva təyin edilib.

Siam.az
Tarix: 24-05-2017, 15:36
Xəbəri paylaş





Xəbər lenti