Azərbaycanla Qazaxıstan arasında dava; nazirlәr әlbәyaxa oldu
Dünən, 2017-ci ilin mayın 23-də Londonda Azərbaycanın maliyyə naziri Samir Şərifov, Maliyyə Bazarlarına nəzarət Palatasının direktorlar şurasının sədri Rüfət Aslanlı və ABB-nın idaər heyətinin rəhbəri Xalid Əhədovun xarici borcların könüllü restrukturizasiyası məsələləri ilə bağlı xarici investorlarla görüşü keçirilib.
Qeyd olunub ki, ABB-nin ümumi borcları 3,3 mlrd dollar təşkil edir. Həmçinin Azərbaycan prezidentinin ABB-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı fərmanı və fərmanla əlaqədar görülən tədbirlər barədə məlumat verilib.
Görüşdə həmçinin Qazaxıstan Mərkəzi Bankının sədri Daniyar Akişev də iştirak edib.Qazaxıstan Mərkəzi Bankının sədri ilə Azərbaycanın maliyyə naziri arasında görüş keçirilib və Qazaxıstanın Vahid Pensiya Fondunun 250 mln dollar həcmində pullarının qaytarılması məsələsi müzakirə olunub.
Görüşdə iştirak edən anonim mənbənin verdiyi məlumata görə, Azərbaycan tərəfi pulları Qazaxıstana qaytarmaqdan imtina edib, bu da Qazaxıstan Mərkəzi Bankı sədrinin narazılığına səbəb olub. Samir Şərifovla Daniyar Akişov arasında az qala əlbayaxa davaya keçəcək qalmaqal yaşanıb.
***
Hakimiyyət Qazaxıstana 250 milyon dollar “atıb”Qazaxıstan Milli Bankının rəhbəri Daniyar Akişev dövlət vəsaitinin problemli Azərbaycan Beynəlxalq Bankının qiymətli kağızlarına yatırılması ilə bağlı durumu şərh edib. Bu barədə Tengrinews.kz xəbər verir. Onun sözlərinə görə, Beynəlxalq Bankın qiymətli kağızlarının alınması barədə qərarı Qazaxstanın Vahid Təqaüd Yığım Fondu (VTYF) deyil, o zaman Milli Banka rəhbərlik edən şəxslər verib.
“2014-cü ilin oktyabrında əvvəlki sistemə uyğun olaraq Qazaxıstanın Vahid Təqaüd Yığım Fondunun vəsaitləri hesabına Azərbaycan Beynəlxalq Bankının 250 milyon dollar dəyərində qiymətli kağızı alınıb. Qiymətli kağızlar 10 illik 8,25 kupon faizlə əldə olunub. Qeyd edim ki, müqavilənin ayrıca detalları müəyyən suallar doğurur. Ona görə də, Milli Bank daxili araşdırmadan sonra Vahid Təqaüd Yığım Fondunun vəsaitlərinin Azərbaycan Beynəlxalq Bankının qiymətli kağızlarına yatırılmasına hüquqi qiymət almaq üçün müvafiq strukturlara müraciət etmək niyyətindədir”, deyə Akişev vurğulayıb.
Öz növbəsində “Ak Jol” parlament fraksiyası Azərbaycan Beynəlxalq Bankına investisiya qoyan şəxslərin məsuliyyətə cəlb edilməsini təklif edib.
azadliq.info
Tarix: 24-05-2017, 21:42