“Rusiya Azərbaycandakı dəyişikliklərdə maraqlıdır”

“Rusiya Azərbaycandakı dəyişikliklərdə maraqlıdır” Mirmahmud Mirəlioğlu: “Ölkəmiz Kremlin maraq dairəsində qalmaqda davam edəcək”


Mediada Rusiyanın gələn il ölkəmizdə keçiriləcək prezidet seçkilərə təsir göstərəcəyi ilə bağlı proqnozlar səslənməkdədir. Maraqlıdır, bu ehtimalların əsası varmı? Rusiyanın Azrbaycanadakı seçkilərə təsir göstərmək imkanı mövcuddurmu?


Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu Azərbaycanın Rusiyanın maraq dairəsində olduğunu vurğuladı:

“Rusiya Azərbaycandakı dəyişikliklərdə maraqlıdır. Böyük ehtimalla da bundan əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də dəyişiliklərdə maraqlı olacaq. Təbii ki, Rusiyanın özünün başı öz problemlərinə qarışmasa...

Rusiyanın Azərbaycana təsir etmək imkanları hər zaman mövcuddur. Torpaqlarımızın işğlında Rusiya birbaşa iştirak edib, torpaqlarımızın azad edilməsinə də Rusiya birbaşa mane olur. Rusiya hələ ki, imperiya siyasətini davam etdirir. Rusiya digər dövlətlərə münasibətdə də işğalçılıq siyasətini davam etdirir. Rusiya hətta 2018-ci il seçkilərinə müdaxilə etməsə belə, Rusiyanın maraq dairəsində qalmaqda davam edəcək”.

Seymur Əliyev
Tarix: 25-05-2017, 16:30
Xəbəri paylaş





Xəbər lenti