Eynulla Fətullayevin xüsusi müxbiri erməni xalqından üzr istədi

Eynulla Fətullayevin xüsusi müxbiri erməni xalqından üzr istədi 2015-ci ildə ailəsi ilə birlikdə Ermənistandan qaçaraq Azərbaycana sığınan və bir müddət sonra Eynulla Fətullayevin Haqqin.az saytında xüsusi müxbir kimi işə başlayan Vahan Martirosyan erməni xalqından üzr istəyib.

Ovqat.com saytı xəbər verir ki, erməni hüquq müdafiəçisi və jurnalisti dünən bir video paylaşaraq, bütün erməni xalqından üzr istəyib və Azərbaycan haqqında ağır ittihamlar irəli sürüb.

Xatırladaq ki, hüquq müdafiəçisi və jurnalist Vahan Martirosyan həyat yoldaşı və azyaşlı uşağı ilə birlikdə özünün və ailəsinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistandan qaçaraq, Azərbaycandan siyasi sığınacaq istəmişdi. Bir neçə ay Azərbaycanda qaldıqdan sonra Vahan Martirosyan öz arzusu ilə üçüncü ölkəyə göndərilmişdi
Tarix: 28-05-2017, 11:14
Xəbəri paylaş





Xəbər lenti