“Azərbaycanı Şimali Koreyaya oxşadırlar” - Əli Kərimli

“Azərbaycanı Şimali Koreyaya oxşadırlar” - Əli Kərimli "Bu artıq Azərbaycanı Çimali Koreyaya oxşatmaqdır".

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)sədri Əli Kərimli mayın 27-də müavini Gözəl Bayramlının həbsi ilə bağlı siyasi partiya rəhbərlərinin, keçmiş fəalların və hüquq müdafiəçilərinin toplantısında deyib.


Ə.Kərimli hesab edir ki, bu həbslə hakimiyyət cəmiyyətə bir neçə mesaj ötürüb.

O vurğulayıb ki, qarşıdan 2018-ci il prezident seçkiləri gəlir. İndiki hakimiyyət hər hansı alternativ istəmir.

Əli Kərimlinin fikrincə, üstəlik "qırmızı cizgini” keçib cəmiyyətin gözün qorxutmaq istəyirlər: "Biz isə qorxmadığımızı göstərməliyik. İstəyirlər susaq, həqiqətləri danışmayaq, bu xalqın malını, varını talamaq istəyənlərə heç nə deyilməsin...Bu artıq, Azərbaycanı Şimali Koreyaya oxşatmaqdır. Burada da əsas məsələ budur ki, biz bunu qəbul edəcəyik, yoxsa, müqavimət göstərəcəyik? ”

Müsavat Partiyası başqanı Arif Hacılıisə deyib ki, G. Bayramlının həbsi təkcə müxalifətə yox, bütün xalqa mesajdır: "Bu daha bir mənəvi dəyərin bir daha keçilməsidir. Baxmayaraq ki, buna qədər Leyla Yunus, Xədicə İsmayıl həbsə alınmışdı.

Azərbaycan Demokratik Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu isə həbsin motivini mənasız sayıb.

O deyib ki, hamı birlikdə haqqını tələb etməsə həbsləri durdurmaq mümkün olmayacaq.

Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən Qazax rayonundakı Şıxlı sərhəd-buraxılış məntəqəsində saxlanıb. Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda bildirilir ki, onun əl çantasından bəyan edilməmiş 12 min dollar pul tapılıb. Bu səbəbdən də barəsində CM-nin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-da gecə saat 23.30 radələrində Səbail Rayon Məhkəməsində Gözəl Bayramlı haqqında 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Gözəl Bayramlı isə ittihamı rədd edir. Bildirir ki, siyasi fəaliyyətinə görə həbs olunub. Tapıldığı iddia olunan pulu da çantasına sərhəd-buraxılış məntəqəsinin əməkdaşları atıb.///azadiq.org
Tarix: 28-05-2017, 11:43
Xəbəri paylaş





Xəbər lenti