İsa Qəmbər, Əli Kərimli və YAP gəlmədi - Foto
Vətəndaş və İnkişaf Partiyasının (VİP) IV qurultayına Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyası rəsmilərindən heç kim qatılmayıb
Bu barədə bakupost.az-ın qurultayda iştirak edən müxbiri məlumat verib.
Partiya sədri Əli Əliyev qurultay iştirakçılarının diqqətinə çatdırıb ki, Prezident Administrasiyasında (PA) müvafiq rəsmilərə, Yeni Azərbaycan Partiyasına (YAP) tədbirə qatılmaq üçün partiya tərəfindən rəsmi dəvət göndərilib.
Lakin qurultayda nə hakim partiyadan, nə dövlət aparatından heç bir yetkili iştirak etmir.
Bundan başqa, AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı, partiyanın sabiq lideri İsa Qəmbər, Milli Şuranın sədri Cəmil Həsənli də VİP-in qurultayında görünməyiblər. VİP tərəfindən müxalifət partiyalarına dəvət göndərilib-göndərilmədiyi məlum deyil.
Tarix: 28-05-2017, 23:11