Emmanuel Makron və Vladimir Putin Parisdə iki dövlət arasında yaranan ziddiyyətlərə cavab tapmağa çalışacaqlar

Emmanuel Makron və Vladimir Putin Parisdə iki dövlət arasında yaranan ziddiyyətlərə cavab tapmağa çalışacaqlar Napoleon dövrü (1799-1815) və Krım müharibəsi (1853-1856) istisna olmaqla Fransa və Rusiya həmişə müttəfiq olublar. İki dünya müharibəsində iki dövlətin əsgərləri çiyin-çiyinə ümumi düşmənə-Almaniyaya qarşı mübarizə aparıblar. Fransa soyuq savaş illərində SSRİ ilə açıq konfrontasiyaya getməyib. Hətta Sovet İttifaqına qarşı qurulan NATO blokunun üzvlüyündən imtina edib.

Lakin tarix heç vaxt əbədi dostluq və əbədi düşmən anlayışını qəbul etməyib. Hazırda Fransa bir çox məsələlər üzrə Rusiyaya qarşı cəbhədə, həm də olduqca sərt formada dayanıb. Fransa hazırda Rusiyanın Avropadakı ən böyük rəqibi Almaniyanın yaxın müttəfiqi sayılır.

Moskva bu vəziyyəti özünəməxsus tərzdə düzəltmək üçün millətçi Marin Le Penin hakimiyyətə gəlməsi üçün cəhd göstərsə də, buna nail ola bilmədi və nəticədə Rusiyanın Avropadakı işğalçı siyasətinə qarşı olduğunu bəyan edən və Almaniyaya yaxın adam sayılan Emmanuel Makron Yelisey sarayının yeni sahibi seçildi.

Hər halda iki dövlət başçısı aralarındakı dialoq körpüsünü yenidən qurmaq məqsədilə bu gün Parisdə, Versal sarayında ikitərəfli görüş keçirəcəklər.

Görüş ərəfəsində Fransa prezidenti ölkəsinin ənənəvi müttəfiqinə həmişə hörmətlə yanaşdığını bildirib və bir çox məsələlər, xüsusilə də Suriya problemi ətrafında ümumi çıxış yoluun tapılmasının vacibliyindən danışıb.

Fransa prezident bununla bağlı fikirlərini Le Journal du Dimanche qəzetində bölüşüb. “Mənim Rusiyaya böyük hötmətim var və bu səbəbdən ölkələrimiz arasında diplomatic münasibətlər tarixinin 300 illik yubileyi çərçivəsində cənab Putini Parisə dəvət etmək ethiyacı duydum. Bizim onunla olduqca tələbkar dialoqumuz olacaq və biz bütün problemləri müzakirə edəcəyik”.
Emmanuel Makron ABŞ prezidenti DonaldTrampla da isti münasibətlər qurmağa nail olacağına ümid etdiyini bildirib.

Görüş barədə detallara gəlincə iki ölkə rəhbəri Versalın Böyük Triaanon sarayında danışıqlar aparacaqlar. Burada həmçinin Rusiya dövlət Ermitajının I Pyotrun 1717-ci ildə Parisə gəlməsinin 300 illiyinə həsr olunmuş “Böyük Pyotr. Çar Fransada 1717-ci il” adlı sərgisi nümayiş olunacaq.

Təbii ki, tərəflər sərgidəki eksponatlara tamaşa etməkdən əlavə dünyada baş verən bütün aktual məsələləri müzakirə edəcəklər.

Buraya Suriyada davam eən vətəndaş müharibəsindən tutmuş, Ukraynadakı böhran cə beynəlxlaq terrorizmə qədər bütün problemlər dairəsi daxildir. Makron “tələbkar dialoq” sözünü işlətməklə əslində Moskva ilə bu məsələdə Parisin mövqeyinin prinsipial olduğunu indidən nümayiş etdirmək istəyib.

Makronun sözləri Fransa hökumətiin rəsmi nümayəndəsi Kristof Kastanerin verdiyi bəyanatda da öz əksini tapıb. O, prezidentin Rusiya lideri ilə görüşdə Fransanın maraqlarını müdafiə etməkdə qəti olduğunu söyləyib.

“Dialoq aparmaq, bir-biri ilə bərabər olmaq öhdəliyini daşımır. Və mən əminəm ki, Fransa prezidenti ölkənin maraqlarını bu konteksdən yanaşaraq qoruyacaq”, - fransız nazir France İnfo-da bildirib.

Hər halda iki lider arasında yaranan buzların elə bir görüşdəcə əriməsini gözləmək ən azı avamlıq olardı.

Makron Rusiyaya qarşı əvvəlki prezident Fransua Olland siyasətinin ardıcıl davamçısı və dəstəkçisi sayılır. O, seçkiqabağı dövrdə, həmçinin aparılan debatlarda Moskvaya qarşı ən sərt mövqe sərgiləyən siyasətçi kimi yadda qalıb. Fransa prezidenti Ukrayna böhranında rəsmi Kiyevi müdafiə edir və buna görə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin tərəfdarıdır.
Vladimir Putin isə öz növbəsində seçki öncəsi Makronun əsas rəqibi Marin Le Penə açıq dəstək verməkdən çəkinməyib. O, hətta seçkidən iki həftə qabaq Marin Le Peni Kremldə qəbul edib.

Bundan baqa, Rusiya hakerləri Moskvanın göstərişi əsasında Fransadakı seçkilərə müdaxilə etmək cəhdi göstərib. Doğrudur, Fransa xüsusi xidmət orqanları ABŞ-dakı həmkarlarından fərqli olaraq daha sayıq davranaraq, Makronun seçki qərargahına haker hücumlarının qarşısını vaxtında kəsə biliblər.

Musavat.com
Tarix: 29-05-2017, 12:02
Xəbəri paylaş





Xəbər lenti