2018: Əli Kərimli ilə İsa Qəmbər prezidentliyə namizəd olacaqmı? - Eksklüziv

2018: Əli Kərimli ilə İsa Qəmbər prezidentliyə namizəd olacaqmı? - Eksklüziv Müxalifət daxilində sular durulur. 2018-ci il seçkilərinə partiyaların hansı şəkildə gedəcəyi aydınlaşır. Müsavatın eks-başqanı İsa Qəmbərin son müsahibəsi də ondan xəbər verir ki, Milli Şura ilə heç bir əməkdaşlıq olmayacaq.

Bu barədə Ulus.Az-ın Siyasət Şöbəsinə mötəbər mənbədən verilən məlumatda qeyd olunur. Milli Şuranın gələn ilki seçkilərdə yenə də Cəmil Həsənlinin namizədliyi ilə iştirakı gözlənilir.

AXCP sədri Əli Kərimli yenə də prezidentliyə namizəd olmağa tələsmir. İndiyə qədər heç vaxt namizdədliyi olmayan Ə.Kərimli şansını qoruyub saxlamağın tərəfdarıdır.

İsa Qəmbərin isə namizəd olacağı gözləniləndir. Onun müsahibəsi də, Müsavat rəhbərliyinin qurultaydan qabaq verdiyi bəyanat da 2018 seçkilərində partiyanın namizədinin İ.Qəmbər olacağına dəlalət edir.

Amma müxalifətin hazırkı vəziyyəti o qədər bədbindir ki, seçkilərdə hansısa nəticə əldə edəcəklərinə heç özləri də inanmırlar. Bu seçkinin müxalfətin reanimasiyadan çıxması və özünü toparlaması fürsəti ola bilər.

Bundan ayrı Milli Şura və Müsavatın hansısa bazası və gücü qalmayıb. Əli Kərimlinin isə prosesləri izləyərək gedişata uyğun qərar verəcəyi bildirilir. Əgər Qərbdən ciddi şəkildə dəstək olarsa, namizədliyini irəli sürə bilər.

Ulus.Az xəbər verir ki, İsa Qəmbər son müsahibəsində Milli Şuranın onun üçün maraqlı mövzu olmadığını söyləyib. Bu da Müsavatla Milli Şuranın yollarının tamamilə ayrıldığını deməyə əsas verir.

2018-ci il prezident seçkilərində də yeni bir “Rüstəm İbrahimbəyov ssenarisi”nin və növbəti bir “İbrahimbəyov”un meydana çıxarılacağı ehtimalının yüksək olduğu barədə son günlər bir sıra siyasətçilərin açıqlama və proqnozlarına rast gəlirik.

Budəfəki ssenaridə ənənəvi müxalifət partiyalarının iştirak edib-etməyəcəyinə gəlincə, qeyd olunur ki, bu dəfə bir qədər fərqli şəkildə proses gedə bilər.

Yeni ssenaridə iştirak üçün Azərbaycan daxilində siyasi qüvvələr içərisindən tərəfdaşlar tapılacaq və həmin qüvvələr ortaya çıxacaq.

Bu iş ruspərəst qüvvələrin müxalifətdə olan uzantıları ilə, həm də birbaşa ruspərəstlərin özləri ilə şəxsi kontaktlar yolu ilə aparılacaq.

Azərbaycan daxilində seçkilərdə çox ciddi problem yaradan güc formalaşdırılacaq. Daxildəki ruspərəst qüvvələrdən və onların təsir dairəsində olan siyasi qüvvələrdən ibarət bir cəbhə formalaşdıracaqlar.
Tarix: 29-05-2017, 20:10
Xəbəri paylaş





Xəbər lenti