Hansı dövlət qurumları ləğv olunacaq? - SİYAHI

Hansı dövlət qurumları ləğv olunacaq? - SİYAHI Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Komitəsinin, Diasporla ilə iş üzrə Dövlət Komitəsinin ləğvi nəzərdə tutulur. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Məlumatlara görə, sosial və iqtisadi əhəmiyyət kəsb etməyən qurumlarn ləğvi, məhdud funksiyalarının başqa qurumlara verilməsi gündəmdədir.

Bununla bağlı qərarlar yaxın vaxtlarda qəbul ediləcək. - deyə mənbə bildirib.

Mənbənin məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin funksiyaları Fövqəladə Hallar Nazirliyinə, Diasporla ilə iş üzrə Dövlət Komitəsinin funksiyaları Xarici İşlər Nazirliyinə, Statistika Komitəsinin funksiyaları İqtisadiyyat Nazirliyinə veriləcək.

Son 2 ildə 3 dövlət komitəsi və 1 nazirlik ləğv edilib: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Satınalmalar üzrə Dövlət Agentliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi. Dövlət Sosial Müdafiə Fondu isə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeçiliyinə verilib. Nəqliyyat nazirliyi isə Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə birləşdirilib.
Tarix: 31-05-2017, 11:28
Xəbəri paylaş





Xəbər lenti