Minilliyin ən rüsvayçı hökuməti
Yaxud, Əli Əhmədovun dayanıqsız arqumentləri
Hökumət sözçüləri yenə də rüsvayçılqları ört-basdır etmək üçün yalanlardan yorğan düzəltməklə məşğuldu. Amma rüsvayçılığın miqyası o qədər böyükdür ki, heç bir yalan yorğanı bu rüsvayçılığı örtməyə qadir deyil.
Bu dəfə də həqiqəti şərləmək işinə Əli Əhmədov girişib. “Azərbaycan son 15 il ərzində iqtisadiyyatını 3,5 dəfə artırıb. Azərbaycan Minilliyin İnkişaf Məqsədləri çərçivəsində ən yüksək inkişafa nail olmuş azsaylı ölkələrdən biridir”- deyə Əli Əhmədov bildirib.
Xatırladaq ki, baş nazirin müavini olan Əli Əhmədov, həm də Dayanıqlı İnkişaf Şurasının sədridir. Bir ölkədə ki, inkişafın dayanıqlılığını bu adam tapşırıblar, o ölkədə inkişafa “rəhmətlik” demək olar.Təsəvvür edin ki, 25 milyardlıq dövlət büdcəsi əriyərək 8-9 milyard dolar olub, xarici borc şişərək 25 milyard dollara qalxıb, millii valyuta “itən məzənnə”yə çevrilib, xarici şirkətlər sürətlə ölkəni tərk edir, vətəndaş üçün intihar çıxış yolu sayılır, ölkədə minimum əməkhaqqı 116 manatdı və Əli Əhmədov “ən yüksək inkişaf Azərbaycandadır” deyir. Artıq işlətdikləri ifadələrə görə utanmırlar, yalanlara görə kompleks keçirmirlər və vətəndaşın üzünə qarşı ağ-qırmızı yalanlar danışırlar. Azərbaycan kimi bir məmləkətəi dünyaya korruosiya, repressiya, hüquqsuzluq ölkəsi kimi tanıdıblar, bütün sahələri iflic vəziyyətə salıblar, onminlərlə plkə vətəndaşı Avropaya qaça bilmək üçün yollar axtarır və belə bir vaxtda Əli Əhmədov yoxsulluğun, işsizliyin kökünün kəsilməsindən danışır.Ölkənin vətənpərvər, mübariz, intellektual təbəqəsini şərləyib həbsə atıblar, məhəkəmələri əl oyuncağına çeviriblər, səhiyyəni, təhsili “rüşvət yuvası” ediblər və rahatlıqla bütün bunları “sürətli inkişaf” adlandırırlar.Faktiki olaraq bu hakimiyyət Azərbaycanı miniliyin ən geridəqalmış ölkəsinə çevirdi. Düşmən Ermənistanda əməkhaqqından tutmuş, insan haqlarının vəziyyətinə qədər bütün göstəricilər Azərbaycanı üstələyir. Azərbaycan minilliyin ən inkişaf etmiş ölkəsi ola biməsə də, hökumətimiz minilliyin ən rüsvayçı hökuməti olmağı bacarıb.
Göründüyü kimi, Əli Əhmədovun bütün arqumentləri dayanıqsızdır. Bu yalanların nəinki 40 gün, heç 40 saniyə də ömrü yoxdur. Çünki, ölkədəki acınacaqlı vəziyyəti hər bir vətəndaş öz həyatında hiss eləyir. 24 ildə ən elemnetar problümlərin həllinə nail olunmayıb, amma rejimoloqlar sürətli inkişaf nağılları danışmağa davam edirlər.
Reallıq budur ki, hökumət komnadası daimi inkişafdadır, dünyanın hər yerində malikanələri, biznes imperiyaları, pulları var və “inkişaf” deyəndə şəxsi inkişaflarını nəzərdə tuturlar.
Samir
Tarix: 31-05-2017, 12:52