Əfqan Muxtarlıya görə Gürcüstan qarışdı- MİTİNQƏ TOPLAŞAN MÜXALİFƏTƏ BAŞ NAZİRDƏN CAVAB
Azərbaycanlı jurnalist Əfqan Muxtarlının qeyri-müəyyən şəraitdə yoxa çıxması ilə bağlı Gürcüstanın müxalif partiyalarının təmsilçiləri daxili işlər naziri Georgiy Mqebrişivili və hüquq-mühafizə orqanlarının digər rəhbərlərinin istefasını tələb ediblər.Gununsesi.info “RİA-Novosti”yə istinadən xəbər verir ki, “Milli Birlik Hərəkatı” Partiyasının təmsilçisi Roman Qoçiridze bildirib ki, Gürcüstan rəhbərliyi bu hadisənin onlar tərəfindən törədilmədiyini nə qədər desələr də, belə bir əməliyyatın onların razılığı olmadan həyata keçirilməsi qeyri-mümkündür:
“Gürcüstan hakimiyyətinin bu hərəkəti ölkənin suverenliyinə müdaxilədir. Bu məsələ təcili araşdırılmalıdır və güc qurumlarının rəhbərləri istefaya getməlidir. Bununla bağlı hansısa məsul şəxs cəzalandırılmalıdır”.
Baş nazir Georgiy Kairikaşvili isə deyib ki,müxalifətin xüsusi xidmət və digər hüquq-mühafizə orqanları haqqında səsləndirdiyi fikirlər əsassız və diskriminasiya xarakteri daşıyır.
Tarix: 1-06-2017, 14:46