Müharibə astanada - Vasitəçilər isə oyun oynayır

Müharibə astanada - Vasitəçilər isə oyun oynayır "ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yönündəki fəaliyyəti və sərgilədiyi mövqeyi hazırda Azərbaycanla Ermənistanı müharibəyə sürükləyir. Həmsədrlərin yaxın günlərdə regiona səfərinin isə ciddi olaraq nəyisə dəyişə biləcəyini düşünmürəm". Müharibə astanada - Vasitəçilər isə oyun oynayır



Bu barədə Milli.Az-a açıqlamasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaxın günlərdə bölgəyə səfərindən gözləntiləri şərh edən "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, fəlsəfə doktoru Elxan Ələsgərov bildirib. Müharibə astanada - Vasitəçilər isə oyun oynayır



Ekspertin sözlərinə görə, həmsədrlərin bu səfəri sadəcə gözdən pərdə asmaq məqsədi daşıyır: "Ötən ilin aprel hadisələrindən sonra Minsk qrupu həmsədrlərinin fəallaşacağı gözlənilirdi. Azərbaycan tərəfi deyirdi ki, bu problem artıq həll olunmalıdır, Ermənistan tərəfi isə Minsk qrupu və qrupda təmsil olunan ölkələrin əli ilə mövcud status-kvonu saxlamağa çalışırdı. Hətta ermənilər guya sülh prosesinə xeyir gətirəcək deyə, cəbhədə nəzarətetmə mexanizmlərinin yaradılması təşəbbüsü ilə çıxış etdilər. Lakin bu məsələ daha sonra ortadan qalxdı. Məlumdur ki, Ermənistana ABŞ-da istehsal olunmuş avadanlıqlar və Rusiyadan isə ən müasir silah və hərbi texnika gətirildi. Bundan sonra ermənilər iddia etdilər ki, artıq vəziyyəti nəzərətə götürüblər. Bütün bunlar ermənilərdə yenə də status-kvonu saxlamaq və Qarabağ məsələnin çözülməsini uzatmaq ümidlərini gücləndirdi. Lakin cəbhədə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın müdafiə naziri də daxil olmaqla onun ordu rəhbərliyinə qarşı terror aktı törətmək məqsədi ilə cəbhədə ön mövqelərə çəkilən "OSA" zenit-raket kompleksinin (ZRK) vurulmasından sonra həmsədrlər gördülər ki, məsələlərə təcili reaksiya vermək lazımdır. Çünki ATƏT-in Minsk qrupu həmsədrlərinin hazırki fəaliyyəti Azərbaycanla Ermənistanı müharibəyə aparır. İndi də onların sərgilədiyi mövqe, susqunluğu və fəaliyyətsizlikləri qarşı duran iki ölkəni müharibəyə sürükləyir. Ona görə də bu nöqsanı nə iləsə ört-basdır etmək üçün bölgəyə gəlirlər".
Müharibə astanada - Vasitəçilər isə oyun oynayırMüharibə astanada - Vasitəçilər isə oyun oynayır




"Azərbaycan və Ermənistan müharibəyə ən yaxın vəziyyətdədir" - HESABAT

E.Ələsgərov hesab edir ki, həmsədrlərin sözləri ilə onların təmsil etdiklərin dövlətlərin fəaliyyəti bir-birinə ziddiyyət təşkil edir: "Əslində danışıqlar üçün lazım olan hər şey bəllidir. O da məlumdur ki, problemin həllinə hansı tərəfdən baxsaq, bu, Ermənistanın işğalçı ordusunun Azərbaycan torpaqlarından, Dağlıq Qarabağdan və ətraf rayonlardan çıxarılmasından asılıdır. Lakin nə havadarlarının dəstəyinə arxalanan Ermənistan bunu etmir, nə də həmsədrlər bunun üçün onlara təzyiq göstərmirlər. Proseslərin təhlili göstərir ki, hadisələrin indiki gedişi müharibə ilə nəticələnəcək. Ona görə də Minsk qrupu həmsədrlərindən problemin çözülməsini və ya bunun üçün nəsə sanballı təklif verəcəklərini gözləmirəm. Çünki həmsədrlər vaxtilə demişdilər ki, Ermənistan ordusu işğal etdikləri ərazilərdən çıxmalıdır. Lakin bu, elə bəyanat olaraq da qaldı və onların təmsil etdiyi ölkələrin fəaliyyəti ilə heç cür uzlaşmadı. Yəni bir tərəfdən həmsədrlər belə bəyanat verdilər, digər tərəfdən isə işğalçıya silah-texnika satdılar. Belə olduqda isə bütün bunlar sadəcə "dovşana qaç, tazıya tut" deyilən bir oyuna çevrilir. Buna baxmayaraq, Azərbaycan öz mövqeyini bəyan edib, nə edəcəyini yaxşı bilir. Ona görə də bu məsələ gec-tez həll olunacaq". Müharibə astanada - Vasitəçilər isə oyun oynayır



Qeyd edək ki, İrəvanda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və ATƏT-nın baş katibi Lamberto Zanyerin görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirilib ki, ATƏT-nın Minsk qrupunun həmsədrləri iyunun əvvəlində Ermənistana və Azərbaycanın erməni silahlı bölmələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edəcəklər. Səfərin yaxın 10 gün ərzində baş tutacağı gözlənilir. E.Nalbandyan bildirib ki, həmsədrlərin səfəri zamanı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə təklif olarsa, xarici işlər nazirləri, daha sonra isə prezidentlər səviyyəsində görüşlərin mümkünlüyü müzakirə oluna bilər.

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür.

İlkin İzzət
Tarix: 1-06-2017, 21:50
Xəbəri paylaş





Xəbər lenti