Əsgər ölümünə görə Avropa Məhkəməsi qərar verdi
İyunun 1-də Avropa Məhkəməsi Azərbaycana qarşı daha bir qərarını elan edib.
Bu barədə vəkil Fariz Namazlı özünün feysbuk səhifəsində məlumat verib: “Malik Babayev Azərbaycana qarşı işdə ərizəçinin oğlu Zakir Babayev 2009-cu ilin noyabr ayının 14-də Gədəbəy rayonunda hərbi hissədə qarovulda olarkən əsgər yoldaşları güllə səsi eşidiblər və Zakir Babayevin meyidini aşkar ediblər.Həmin gün Qazax hərbi prokurorluğunda CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanılıb. Sonradan cinayət hadisəsi olmaması əsası ilə icraata xitam verilib. Yerli məhkəmələr həmin qərarı qüvvədə saxlayıb və hesab ediblər ki, iş üzrə bütün tədbirlər görülüb.
Avropa Məhkəməsi isə hesab edib ki, bu iş üzrə effektiv araşdırma aparılmayıb, buna görə Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ) pozuntusunu elan edib və mənəvi zərərə görə 15000 euro kompensasiya təyin edib”.
Xadırladaq ki, Avropa Məhkəməsi yaxın günlərdə səmərəli araşdırma aparılmaması və nəticədə Konvensiyanın 2-ci maddəsinin pozuntusu tanıyaraq Ərizəçinin oğlu Mahir Mustafayevin Qobustan həbsxanasında ölümü ilə bağlı başqa bir qərarını da elan etmişdi. Bu vaxta kimi, səmərəli araşdırılma aparılması adətən siyasi işlərə görə Avropa İnsan Haqları Məhkəməsinin qərarlarında öz əksini tapırdı. Son qərarlar tendensiyanın dəyişilməsindən xəbər verir.
azadliq.info
Tarix: 2-06-2017, 14:28