Avropa Məhkəməsinin əsasnaməsində dəyişiklik –Bundan sonra jurnalist şikayətlərinə daha tez baxılacaq

Avropa Məhkəməsinin əsasnaməsində dəyişiklik –Bundan sonra jurnalist şikayətlərinə daha tez baxılacaq Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bundan sonra jurnalistlərə aid şikayətlərə daha tez baxacaq. Bununla bağlı məhkəmənin əsasnaməsinə dəyişiklik edilib.

Bu haqda AİHM-in saytı xəbər verir.


Məlumata görə, dəyişiklik mətbuat azadlığı və jurnalistlərin şikayətləri ilə bağlıdır. Belə şikayətlərə daha tez baxılmasına üstünlük veriləcək.

Məhkəmə bu dəyişiklik çərçivəsində Avropa Konvensiyasında nəzərdə tutulmuş hansısa hüquqdan istifadə ilə bağlı həbsdə tutulan fərdlərin şikayətlərinə təcili baxacaq. Belə şikayətlər 1-ci kateqoriyadan olan şikayətlər kimi dəyərləndiriləcək.

AİHM indiyədək sadəcə şikayətçilərin həyatı, sağlamlığı ilə bağlı risklər mövcud olduğunda onlara təcili baxırdı.

Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsinin 2016-cı ilin yekun hesabatında Azərbaycan adı daha çox nəzərə çarpan 10 ölkədən biridir. Həmin sənədə görə, Azərbaycandan daxil olan 1650-dən artıq şikayət baxılmasını gözləyir. Onlardan bəzilərinə artıq baxılıb.

AİHM ötən il ərzində isə Azərbaycandan gələn cəmi 16 qərar qəbul edib. Həmin qərarların hamısında hüquq pozuntusu tanınıb.

2016-cı ildə Azərbaycandan AİHM-ə göndərilən şikayətlərin ümumi sayı isə 333 olub.

Amerikaninsesi.org
Tarix: 6-06-2017, 03:30
Xəbəri paylaş





Xəbər lenti