PREZİDENT ADMİNİSTRASİYASINDAKI DƏYİŞİKLİKLƏRİN PƏRDƏARXASI

PREZİDENT ADMİNİSTRASİYASINDAKI DƏYİŞİKLİKLƏRİN PƏRDƏARXASI “Ölkədə idarəetmə aparatı və idarəetmə stukturları ciddi dəyişikliyə uğramalıdır…”

Qabil Hüseynli: “Təhsilin bu günə düşməsində Fatma Abdullazadənin böyük günahları var”

Mirmahmud Mirəlioğlu: “Bu hökumət islahatla islah olunmağı səhv salır”


Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturunun təsdiqlənməsi islahatların davamlı olacağına inamı artırıb. Təsadüfi deyil ki, uzun illərdir Prezident Administrasiyasında fəaliyyət göstərən şəxslərin birdən-birə hakimiyyətdən kənarlaşdırılması ölkədə baş verən bir sıra ciddi olaylardan sonra baş verdi. Belə ki, orduda casus şəbəkəsinin yaranması barədə rəsmi xəbərdarlıqdan sonra bu struktur dəyişkliyinin baş verməsi əslində hakimiyyət daxilində ciddi narahatçılıq olduğunu deməyə əsas verir. Xüsusən də Prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev və humanitar şöbənin müdiri Fatma Abdullazadənin işdən azad edilməsindən sonra bu qənaətə gəlmək olur.

Qeyd edək ki, iqtisadi siyasət üzrə dövlət müşaviri Vahid Axundov, humanitar şöbənin müdiri Fatma Abdullazadə, iqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov da işdən azad olunub.

“Bu, məncə, başlanğıcdır”PREZİDENT ADMİNİSTRASİYASINDAKI DƏYİŞİKLİKLƏRİN PƏRDƏARXASI

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə bildirdi ki, struktur dəyişikliyində əsas hədəf idarəetmənin çevikliyini təmin etmək, idarətmədə islahatlar həyata keçirmək və bu islahatlar nəticəsində idarəetmənin səmərəliliyini artırmaq məqsədi daşıyır: “Bu, məncə, başlanğıcdır. Bunun davamı olacaq və nəticə etibarilə ölkədə idarəetmə aparatı və idarəetmə stukturları ciddi dəyişikliyə uğramalıdır və yeni kadrlar, xüsusən də sərişətli kadrlar zənginləşməlidir”.

“O, Prezident Administrasiyasının tərkibində özünə ayrıca bir yuva qurmuşdu”

Vəzifəsini itirən kadrların əksəriyyətinin Rusiyameylli oluğu haqda fikirlərə münasibət bildirən Q.Hüseynli “Mənim kiminsə Rusiyameylli olduğu haqda dəqiq məlumatım yoxdur. Amma orada Vahid Axundov adlı iqtisadi məsələlər üzrə dövlət müşaviri və dövlət müşavirinin xidməti də var idi. O, Prezident Administrasiyasının tərkibində özünə ayrıca bir yuva qurmuşdu. 1989-ci ildən orada dövlət müşaviri işləyib. Bir müddət mən də onunla bir yerdə işləmişəm. Mən onun işinin effektliyini və yaxud bu sahədə hansısa bir qeyri-adi fövqalədə keyfiyyətə malik olduğunun şahidi olmamışam. Onu da işdən çxarıblar. Ona Rusiyameylli deyirlərsə, mən onda Rusiyameyllilik görməmişəm. Fatma Abdullzadə də orada oturmuşdu. Təhsilimizin nə gündə olduğunu görürsünüz. Təhsilin bu günə düşməsində Fatma Abdullazadənin böyük günahları var. O, çoxdan işdən kənarlaşdırılmalı idi”, - deyə cavab verdi.

“Vahid Əliyev öz şəxsi maraqlarını güdən bir adam idi”

Keçmiş dövlət müşaviri onu da dedi ki, konkret olaraq Vahid Əliyev öz şəxsi maraqlarını güdən bir adam idi: “O, hansı tərəfə desən, işləyən bir adam idi. Onu Rusiyameylli adam hesab etmirəm. Belə hesab edirəm ki, o, şəxsi mənafeyini hər şeydən üstün tutan bir adam idi. Rusiyameylli olub vətənin keşiyində dayanırdılar? Yaxud Rusiyadan vətənin xilası üçün nəsə diləyirdilər?!”

“Nazirlər Kabinetində islahatlar həyata keçməsə, idarəetmə orqanının səmərəliliyni artırmaq mümkün olmayacaq”

Q.Hüseynli qeyd etdi ki, islahat üçün hələ qabaqda Nazirlər Kabineti var: “Ondan sonra yerlərdə struktur islahatları var. İslahatın ən böyüyü Nazirləri Kabineti və ona tabe olan qurumlarda həyata keçirilməlidir. İcra hakimiyyətinin ən böyük islahatları Nazirlər Kabinetindədir. Orada islahatlar həyata keçməsə, idarəetmə orqanının səmərəliliyni artırmaq mümkün olmayacaq. Mən güman edirəm ki, bu da baş verəcək”.

“Kadr dəyişikliyini islahat adlandırmaq olmaz”PREZİDENT ADMİNİSTRASİYASINDAKI DƏYİŞİKLİKLƏRİN PƏRDƏARXASI

KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, kadr dəyişikliyini islahat adlandırmaq olmaz: “Sovet zamanında “Lenin prinsipi” var idi. Hazırkı iqtidarın kadrların seçilib yerləşdirilməsi siyasəti ona uyğun aparılır. Kimsə kadr dəyişikliyini islahat hesab edirsə, bu onun öz işidir. Bu, kadr dəyişikliyidir, islahat köklü olmalıdır. İslahat o olar ki, Nazirlər Kabineti ləğv olunar, Azərbaycanda Konstitutsiya dəyişikliyinin əsasında parlamentli respublika olardı. İslahat o olar ki, Xarici İşlər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinin binasında yerləşdiyinə görə Kənd Təsərrüfatı Nazirliyi kimi işləməz, əsl diplomatik bir institut, Xarici İşlər Nazirliyi kimi işləyər. İslahat o olar ki, Azərbaycanda 2016-cı ili multikulturalizm ili elan ediblər, rektoru vəzifəsindən çıxardıb saxlayırlar, sonra onu müşavir təyin edirlər, sonra da təzədən həmin vəzifəyə qaytarırlar. Bunun da adını islahat qoyurlarsa, bu ayıbıdr. Yəni bu islahat deyil. Bizdə məsələlərə bir az başqa cür baxırlar. Bu hökumət islahatla, islah olunmağı səhv salır. Məncə, əvvəl islah olunmaq lazımdır, sonra da islahatlar keçirmək lazımdır. Söz oyunu olmasın, bu məsələnin islahata heç bir aidiyyatı yoxdur”.

“Rusiyameylli kadrlar hazırda adminstrasiyada, Milli Məclisdə, Nazirlər Kabinetində, Müdafiə Nazirliyində də var”

“Könül istərdi ki, bu casus qalmaqalı məsələsində doğurdan-doğruya ciddi addımlar atılsın. Biz o məsələ başlayan kimi partiya olaraq bildirdik ki, burada kimsənin haqqına girmək olmasın, məsələlər obyektiv araşdırılsın, amma bunlar olmur. Şübhələr artmaqdadır. Artıq nəinki Rusiyameyllilərə qarşı məsələ var, bu casus axtarışında deyəsən 2016-cı ilin aprel döyüşlərinin şəhidlərinin qanını batırmaq kursu götürülüb. Bəlkə bu kurs götürülüb, ona görə ki, deyəsən, şahidləri də aradan götürmək istəyirlər. Kaş ki, həqiqi casuslar, həqiqi xəyanətkarlar yuxarıdan-aşağı, aşaığıdan-yuxarı nazirliklərdən, Adminstrasiyadan tutmuş hər yerdə bunlar doğurdan da olsun. Amma bu məsələdə Rusiyaya meyllilik və Rusiyameylli olan kadrların vurulması məsələsi inandırıcı deyil. Rusiyameylli kadrlar hazırda Adminstrasiyada, Milli Məclisdə, Nazirlər Kabinetində də var. Bütün strukturlarda, Müdafiə Nazirliyində də var. Adlarını çəkmişik, sizə də xəbərdarlıq ediblər. Sizə xəbərdarlığa görə daha ad çəkmirik. Amma məhkəmə çəkişməsini çox intizarla gözləyirik ki, bu olsun. Olması yaxşıdır, o işin xeyrinədir. Bir var ki, adam vəzifədən gedəndən sonra danışasan, o bir az ayıb olur. Bu, gedənin dalınca danışmaq olur. Bir var indi deyirsən. Deyirsən ki, konkret olaraq casus şəbəkəsinin başında Nəcməddin Sadıkov durur. Vəssalam. Casusluğa qarşı mübarizə aparırsınız? Nə danışırsınız? Harada? Necə? Kiminlə? Administrasiyadan bəyəm Moskvanın əli, gözü çəkilib? Moskvanın Adminstrasiyada gözü, əli, ayağı da, hər şeyi var”, - deyə partiya sədri vurğuladı.

“Nə təhər rusqafalılar getdilər?”

Mirəlioğlu dedi ki, Administrasiyada vəzifədən azad olunanların tərcüməyi-halı ilə tanış deyil: “Ona görə də bilmirəm kimin məsləhəti, təqdimatı ilə Vahid Əliyevi və yaxud başqasını gətirib qoymuşdular. Azərbaycan hökuməti indi də rusca danışır. Nə təhər rusqafalılar getdilər? Nə olmuşdu ki?!”

ŞAMO, Hurriyyet.org
Tarix: 7-06-2017, 03:50
Xəbəri paylaş





Xəbər lenti