Əfqan Muxtarlı məsələsi Avropa Parlamentində müzakirə olunacaq
Gələn həftə qətnamə qəbul ediləcək
Avropa Parlamentinin üzvləri jurnalist Əfqan Muxtarlınin işi ilə bağlı qətnamə üzərində işləyirlər.Bu gün Gürcüstanın Avropa İttifaqındakı səfiri Natalya Sabanadze Avropa Parlamentinə gedərək Xarici əlaqələr komitəsinin sədri Devid Makkalierlə görüşüb. Komitə sədri məlumatı təsdiqləyib.
“Səfirlə təkbətək görüş oldu. Belə görüşlərin məzmunu barədə danışmıram. Ancaq biz azərbaycanı jurnalistin məsələsin müzakirə etdik. Bu məsələ növbəti plenar iclasın gündəliyinə salınacaq. Hazırda biz qətnamə üzərində işləyirik. Hələlik sənədi görməmişəm. ancaq yaxın vaxtda tanış olacam. Məsələni tək biz deyil, digər siyasi qruplar – sosial-demokratlar, liderallar və yaşıllar da diqqətdə saxlayır”, – deyə Makkalier deyir.
Muxtarlının işi həmçinin deputat Ana Qomez tərəfindən də araşdırılır. O bildirib ki, bu məsələdə Gürcüstanın Təhlükəsizlik Xidmətinin etibarlılığı ilə bağlı suallar yaranır.
Siam.az
Tarix: 9-06-2017, 00:43