Şirkəti, hoteli, restoranı olan deputatlar...

Şirkəti, hoteli, restoranı olan deputatlar... Milli Məclisin biznesmen üzvləri kimlərdir; rus deputat Vladimir Jutenkov siyasət yerinə biznesi seçdi, bəs bizimkilər?

Rusiya parlamentinin üzvü, deputat Vladimir Jutenkov istefa verib. O, bununla bağlı seçicilərindən üzr istəyib və sözügedən addımını biznes sferasında fəaliyyəti ilə əlaqələndirib. Daha dəqiqi, Jutenkov bildirib ki, bundan sonra daha çox biznesə zaman ayırmaq istəyir. Bu isə bizi istər-istəməz Azərbaycan parlamentinin biznesmen deputatlarını xatırlamağa vadar etdi.

Şirkəti, hoteli, restoranı olan deputatlar...

Siyahıya keçmədən öncə xatırladaq ki, dünyada bu tendensiya əksinədir. Belə ki, daha çox biznesmenlərin, milyonerlərin müəyyən mərhələdən sonra siyasətə meyl etməsi tendensiyası özünü göstərir. Yəni onlar hansısa formada öz investisiyalarını, güclərini siyasətə yatırır və bundan müəyyən divident əldə etməyə çalışırlar. Azərbaycanda isə bir çox hallarda siyasət ticarətdə uğur qazanmanın yollarından biridir. Bunun səbəbləri isə sirr deyil - biznes sahəsində yandırılan yaşıl işıq, bəzi problemlərin, bürokratik əngəllərin aradan qalxması... Bütün bunlar siyasətçilərin, daha çoxsa deputatların uğurlu biznesmen olmasını şərtləndirir.
Şirkəti, hoteli, restoranı olan deputatlar...



Biznesmen deputat deyəndə daha çox oxucuların yadına Milli Məclisin Sosial siyasət komitəsinin sədri, Lənkəranın deputatı Hadı Rəcəbli düşür. Deputat dəfələrlə biznesinin olmadığını desə də, faktlar öz sözünü deyir. Onun Lənkəranda dəniz kənarında yerləşən “Palıdlı Sahil” istirahət mərkəzinin de-fakto sahibi olduğu deyilir. Hətta o, özü dəfələrlə mətbuatdan “Azərbaycanın imkanlı kişilərini ”Palıdlı"da istirahətə dəvət edirəm" deyə çağırışlar edib. Baxmayaraq ki, daha sonra bunun strateji yanlışlıq və qanunla qadağan olduğunun fərqinə varandan sonra sözügedən obyektin ona yox, oğluna məxsus olduğunu bildirib.
Şirkəti, hoteli, restoranı olan deputatlar...

Lənkəranlı daha bir biznesmen deputat isə Rüfət Quliyevdir. O da “European Tobacco Baku” ASC-nin İdarə Heyətinin sədridir. “European Tobacco Baku” ASC ölkəmizdə tütün məmulatlarının istehsalını yerinə yetirir.


Əsabil Qasımov 2010-cu ildə millət vəkili seçilənə qədər “Karat” MMC şirkətinin prezidenti olub. 2006-cı ildə “Karat” MMC-nin də daxil olduğu “Karat Holdinq” yaradılıb. İki il sonra “Karat” MMC Mənzil Tikinti Kooperativi kimi qeydə alınıb. Həmin holdinqdə və MTK-da idarəçiliyi Ə.Qasımov deputat seçiləndən sonra yaxınlarına tapşırıb.
Şirkəti, hoteli, restoranı olan deputatlar...


Hüseynbala Mirələmov da Şıxda yerləşən “1001 gecə” restoranının sahibidir. Bu faktın ortaya çıxmasının isə qəribə hekayəsi var. Belə ki, deputatın qardaşı oğlu “1001 gecə” restoranında silahla bir nəfəri öldürmüş, bir neçə nəfəri isə yaralamışdı. Həmin vaxt deputat mediaya müsahibəsində həmin restoranın ona məxsus olduğunu təsdiqləmişdi.
Şirkəti, hoteli, restoranı olan deputatlar...



Salyandan seçilən deputat, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov biznesi olan deputatlardandır. Paytaxtın Həsən bəy Zərdabi prospekti 20-də, metronun “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən “Atlantis” şadlıq sarayı və “Adanalı Hasan Kolcuoğlu” restoranının ona məxsus olduğu bildirilir. Deputatın bundan əlavə Salyanda ferması da mövcuddur.

Şirkəti, hoteli, restoranı olan deputatlar...n deputat Hacı Salayev üç min işçini özündə birləşdirən “TRUS” MMC-nin sahibidir. Onun bununla yanaşı digər iri şirkətlərinin də olduğu deyilir.



Lerikin deputatı İqbal Məmmədov “Kaspi-Yıldız” şirkəti və Azərbaycanın ən tanınmış turizm mərkəzlərindən olan - “Relax” İstirahət Mərkəzinə rəhbərlik edir.
Şirkəti, hoteli, restoranı olan deputatlar...



96 saylı Goranboy-Naftalan seçki dairəsinin deputatı Mahir Aslanov “Kəpəz Group” şirkətinin sahibidir. Şirkət hazırda Almaniya, Türkiyə, BƏƏ, Gürcüstan, Rusiya və Rumıniya ilə güclü əlaqələr qurub. Digər tərəfdən, “Kəpəz” hotel, “Happy İnn” hotellər şəbəkəsinin də ona məxsus olması barədə məlumatlar yer almaqdadır...
Şirkəti, hoteli, restoranı olan deputatlar...

Amma qanunvericilikdə göstərilib ki, şəxs deputat fəaliyyəti ilə birgə biznes işini həyata keçirə bilməz. Yəni biznes strukturlarında rəhbər vəzifələrdə işləyə bilməz. Amma deputat Mülki Məcəlləyə uyğun əmlak əldə edə və səhm sahibi olar bilər. Yəni birbaşa müəssisənin idarəçiliyində iştirak etmədən, sahibkarlıq fəaliyyəti ilə məşğul olmamaq şərti ilə mülki hüquq daşıya bilər. Qanuna görə, Milli Məclisin üzvləri biznes sahələrindən gəliblərsə, həmin sahələri mütləq başqa adama təhvil verməli və onun idarəçiliyində iştirak etməməlidirlər. Qanunda isə göstərilib ki, deputatlar biznes işindən çıxmaları barədə yazılı məlumat verməlidirlər. Əgər bunu etməyiblərsə, Mərkəzi Seçki Komissiyasının təşəbbüsü və Konstitusiya Məhkəməsinin qərarı ilə onların deputatlıq fəaliyyətinə xitam verilə bilər.


Sevinc TELMANQIZI
Tarix: 9-06-2017, 09:41
Xəbəri paylaş





Xəbər lenti