Rusiyalı ekspert:“Azərbaycan, Türkiyə və Türkmənistan yeni energetik ox qurur” – Təhlil

Rusiyalı ekspert:“Azərbaycan, Türkiyə və Türkmənistan yeni energetik ox qurur” – Təhlil Viktoriya Panfilova

ng.ru, 19.07.2017



Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri bu gün Bakıda energetika sahəsində bundan sonrakı əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Ankara türkmən karbohidrogenlərinin Azərbaycan üzərindən Avropaya tədarükündə baş lobbiçi qismində çıxış edir. Türkmən qazı türkmən neftinin ardınca Avropa bazarlarına daxil olmağa başlayacaq.


Xarici işlər nazirlərinin – Azərbaycandan Elmar Məmmədyarov, Türkmənistan Rəşid Mərədov və Türkiyədən Mövlud Çavuşoğlunun indiki görüşü artıq dördüncüdür. Əvvəllər imzalanmış Bakı bəyannaməsi mədəniyyət və dil baxımından ən yaxın üç türk dövlətinin münasibətlərdə üçtərəfli formatının əsasını qoyub.

Azərbaycan neft araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “NG-”yə deyib: “Bu iqtisadi format Azərbaycan, Türkiyə və Türkiyənin gələcək əməkdaşlığının yeni üfüqlərini açır”.

Aşqabad öz karbohidrogenlərini dünya bazarlarına çıxarmaq üçün Azərbaycan üzərindən yeni marşrutu mənimsəyir. Qəbul edilib ki, Türkmənistan qaz dövlətidir, lakin ölkə büdcəsinə əsas gəliri son zamanlar qaz deyil, neft gətirir. Buna görə də görüşdə Türkmənistanın xam nefti və neft məhsullarının Azərbaycan və Türkiyə üzərindən dünya bazarına tədarükündən gedəcək.

Şaban deyib: “Xam neft tankerlə Bakıya tədarük edildikdən sonra Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri ilə Türkiyənin Ceyhan terminalına çatdırılır. Türkmənistan neft məhsulları artrıq Azərbaycan terminalı vasitəsilə Gürcüstana – Kuleviyə ixracat edilir. Keçən il xam neft tədarükü həcmi ilk dəfə 4,5 milyon tona çatıb. Bu, yaxşı göstəricidir”, -deyə ekspert qeyd edib.

Onun fikrincə, Türkmənistan görür ki, qərb istiqaməti işləyir və müəyyən dividendlər gətirir. Buna görə də Türkmənistan hökuməti xam neft ixracatı üçün Rusiyanın Mahaçqala terminalından daha istifadə etməməyi qərara alıb və bütün həcmi – 1 milyon tona yaxın – Azərbaycan üzərindən dünya bazarlarına göndərmək niyyətindədir. Şaban deyib: “Bakı-Tiflis-Qars dəmiryolunun bu il işə düşəcəyi nəzərə alınsa, ehtimal var ki, neft məhsulları tədarükünün həcmi də artacaq. Xüsusən də Bakı və Aşqabad arasında bərə daşıması tariflərinin azaldılmaslı haqda saziş imzalanıb və Türkmənbaşı neft emalı zavodları kompleksinin (TNEZK) modernləşdirilməsi başa çatıb. Rusiyanı saymasaq, hazırda Xəzəryanı ölkələrdə ən keyfiyyətli məhsulu TNEZK buraxır. Və o, növbəti ildən “Avro-5” markalı neft məhsulları buraxacaq. Bazarlar var, istehsalat var. Azərbaycan yaxşı logistika təklif edir. Bu kontekstdə bu həlqələr – nəql və energetika – vahid energetika məkanında niyə birləşdirilməsin?”

“NG”-nin “Sərdar” neft yatağı və yaxud Azərbaycanda deyildiyi kimi, “Kəpəz” yatağının mənsubluğu haqda Aşqabadla Bakı arasındakı mübahisənin aktual qalıb-qalmadığı haqda sualına ekspert cavab verib ki, bu, indiki anda danışıqları predmeti deyil. (Ətraflı 02.09.2016-cı il tarixli “NG”-yə bax: “Yatağın əvəzinə boru”)

“Bu məsələ hədsiz dərəcədə siyasiləşdirilib, “Kəpəz”in kommersiya dəyəri yoxdur. Yataq ona dəyməz ki, hazırda yüksəlişdə olan münasibətlər korlansın”.

Qaz layihələrinə gəlincə, İlham Şabanın dediyi kimi, “üç ölkənin xarici işlər nazirlərindn heç biri türkmən qazının Azərbaycan üzərindən Türkiyəyə və sonra Avropaya tədarük etmək niyyəti haqda rəsmən bildirməyib. Lakin nəzərə alınsa ki, Türkmənistanla Avropa Birliyi arasında türkmən qazının Avropa istiqamətində tədarükü üzrə daim məsləhətləşmələr gedir, onda bu cür layihənin gerçəkləşmə şansı qalır”.

Xatırladaq ki, işlənməkdə olan marşrutlardan biri – Türkmənistanın Azərbaycan qazının Türkiyə üzərindən (“Cənub dəhlizi”) Avropaya nəqli layihəsinə qoşulmasıdır. Türkmənistanı layihəyə qoşmaq mümkün olsa, onda Azərbaycan həm də qaz tranzitçisi olur. Ölkənin əlverişli coğrafi durumu bu statusdan da yararlanmaq imkanı verir.

Türkmənistan qazı “öz sərhədində” satmaq istəyir. Buna görə də Xəzər dənizinin dibiylə Azərbaycana qaz kəməri çəkmək məsələsində yetərincə passiv idi. Passivlik bu cür layihənin gerçəkləşdirilmə mümkünsüzlüyünün dərki ilə izah oluna bilər. Rusiya və İran layihənin gerçəkləşməsi əleyhinə çıxış edir. Özü də onlar həm Xəzərin statusunun indiyədək müəyyən edilməməsi ilə bağlı hüquqi, həm də ekoloji mülahizələr irəli sürür. Xəzəryanı beş ölkə bu problemi həll etməkdən ötrü konsensusa gəlməlidir, amma buna hələ çox var. Elmar Məmmədyarovun RİA Novosti-yə dediyi kimi, yekun sənədin 70-80%-i razılaşdırılıb. Uyğun olaraq, sualtı qaz kəmərinin taleyi hələlik qeyri-müəyyən qalacaq. Tamamilə mümkündür ki, Qərb sıxılmış qaz istehsalı üçün kompressor stansiyalarının inşa layihəsini dəstəkləyə bilər. Lakin bu halda da Azərbaycan tranzit ölkə mövqeyini itirmir.



Tərcümə Strateq.az-ındır.
Tarix: 19-07-2017, 23:51
Xəbəri paylaş





Xəbər lenti