Prezident İlham Əliyev 2018-ci ilə qədər bu komanda ilə de-yure şəklində işləməyə davam edəcək. Əgər fors-major hal baş verərsə, hansısa nazirin yaxud generalın başı gedə bilər.
Necə ki, Trampın seçilməsi Ziya Məmmədvun sonu oldu. Hakimiyyətdə iri bir fiqurun supergüc dövlətin prezidenti ilə münasibətinin olması qəbulolunan situasiya deyildi.
Və yaxud hansısa məmur balasının hərəkəti atasının işini itirməsi ilə nəticələnə bilər. Ümumilikdə isə komanda 2018 seçkilərinə qədər dəyişməz olaraq qalacaq.
AnaXeber.az-ın Analitik Mərkəzi yazır ki, iqtidardakı mötəbər mənbələrdən sızan məlumata görə, İ.Əliyevin 2018-ci il seçkilərindən sonra komandada həm kosmetik, həm real dəyişikliklərə gedəcək.
Lakin indi komandanın köklü şəkildə demontaj edilməsinə zərurət yoxdur. Bu, həm də seçkiqabağı iqtidardan çıxan müxalifətin formalaşmasına səbəb ola bilər.
Onsuz da komanda daxilində narazılar var və onlar referendumdan sonrakı idarəçilikdə mövqelərinin zəifləməsindən gileylidirlər. Odur ki, bu qüvvələrin mərkəzdənqaçma meylləri yarana bilər.
İ.Əliyev isə 2018 seçkilərini sakit və rahat şəkildə başa vurmaq arzusundadır. Ona daxildə pulu olan oliqarxiya müxalifəti lazım deyil.
Əslində, bu mövzuya ayrı yazıda toxunacağıq - burjua inqilabı və saraydaxili çəkişmələr. İndiki halda isə komandanın necə təşəkkül tapması maraq doğurur.
Əldə etdiyimiz məlumatda bildirilir ki, prezident “yorulmuş at”ları seçkidən sonra təntənəli şəkildə vəzifədən kənarlaşdıracaq.
Məsələn, PA rəhbəri Ramiz Mehdiyev, baş nazir Artur rasi-zadə, Bakı meri Hacıbala Abutalıbov, müavini Abid Şərifov, Yaqub Eyyubov, müdafiə sənayesi naziri Yavər Camalov köhnə qvardiya üzvləridirlər.
Eyni zamanda yaşanmış icra başçıları, komitə sədrləri də vəzifələri ilə vidalaşmalı olacaqlar.
Bu siyahıda Meliorasiya və Su Təsərrüfatı ASC sədri Əhməd Əhmədzadə, Azərişıq ASC sədri Baba Rzayev, Azərenerji ASC prezidenti Etibar Pirverdiyev, baş naziri müavini İsmət Abbasov, Ziya Məmmədovun qudası olan kənd təsərrüfatı naziri Heydər Əsədov da İ.Əliyevin işləmək istəmədi məmurlardır.
Amma nazirlərdən vəgüc strukturları rəhbərlərindən Ramil Usubov, Mədət Quliyev, Zakir Qaralov, Zakir Həsənov, habelə Səlim Müslümov, Ramin Quluzadə, Mikayıl Cabbarov, Elmar Məmmədyarov və s. Əliyevin işləmək istədiyi kadrlar sırasındadır. Habelə, Əli Həsənov, Fuad Ələsgərov, Novruz Məmmədov və digərləri 2018-dən sonrakı komandanın əsas fiqurları kimi qalacaqlar.
AnaXeber.az-ın Analitik Mərkəzi yazır ki, 2018-dən sonrakı komanda Bakı qruplaşmasından əsasən təşkil olunacaq. Yəni, iqtidarın avanqardı Bakı klanının potensialından təşəkkül tapacaq.
Bakı klanının M.Əliyevanın prezidentliyini irəli sürməsinə zərurəti yoxdur. Bu qruplaşma onsuz da referendumdan sonra elə bir revanş götürdü ki, tamamilə hakimiyyəti ələ almaqdadır və Naxçıvan klanı yetərincə zəiflədilib.
Belə olan halda niyə də İ.Əliyevin yenidən prezident seçilməsi Bakı klanının maraqlarına uyğun olmasın ki?!
Əksinə, kadr islahatlarının getməsi və kadr potensialında Bakı qruplaşmasından istifadə olunması İ.Əliyevə də, Bakı klanına da sərf edir.
Belə demək mümkünsə, İ.Əliyev 2018-ci il prezident seçkilərində hakimiyyətə Bakı klanının çiyinlərində gələ bilər. Bu klanın daha modern, Qərb təhsilli kadrlardan təşəkkül tapması reformalara müəyyən ümidlər verir.
Prezidentin bu klanla işləməyə üstünlük verəcəyini ehtimal etmək olar. 2025-ci ilə qədər proje bundan ibarətdir ki, komanda tam köhnə qvardiyadan təmizlənsin və yeni hakimiyyət formalaşsın.
Bu baxımdan 2018-ə qədər iqtidarda qalacaq R.Mehdiyev komandası və “qocalar evi” üçün sonuncu seçki olacaq. İ.Əliyev isə köhnə qvardiya ilə 2003-cü ildən işləyir və 4-cü seçkini də onlarla birgə yaşayacaq.
Amma regionda baş verənlər, müasir siyasətin nəbzi, daxili proseslər və prezidentin özünün modern bir siyasətçi olması diktə edir ki, komanda gəncləşdirilsin, əli qırışlı məmurlar kabinetlərdən getsin.
Hətta onların arasında müasit texnologiyanı bilməyənlər var və hələ də kompüterdən istifadə edə bilmirlər.
Halbuki, Gürcüstan, Ukrayna, Rusiya və Türkiyədə 30-35 yaşlı gənc nazirlər, məmurlar vəzifələrdə yüksək səviyyədə fəaliyyət göstərirlər.
Bu baxımdan Azərbaycan da onlardan geri qalmamalıdır. Prezident dünyanın müxtəlif ölkələrinə səfərlər edir, onunla görüşdə gənc nazirlər iştirak edirlər, Tvitter, Feysbuk, İnstaqram istifadə edən məmurların olduğunu xəbər tutur. Bu halda 82 yaşlı A.Rasi-zadənin hər şeyi kağız üzərində, orta əsrlərdən qalma üsullarla həll eləməsi, günün nəbzi ilə ayaqlaşa bilməməsi hökumətiin tərkibini yeniləməyi zəruri edir.
Kəsəsi, İ.Əliyevin 2018-ci ildə Azərbaycanın ilk 7 illik prezidenti seçilməsi üçün bütün yollarda “yaşıl işıq” görünməkdədir. Ondan sonra biz refreş edilmiş yeni komandagörə bilərik.
Hər halda referendumdan sonra cərəyan edən hadisələr, verilən qərarlar və yeni siyasi-iqtisadi modeldən çıxan nəticə ondan ibarətdir ki, İlham Əliyev yeni Azərbaycan hakimiyyəti qurmağa hazırlaşır.
Siam.az
Tarix: 21-07-2017, 08:59