“Mən prokurorluqdan imtina etdikdən sonra İxtiyar Şirinovu təyin etdilər”
“Mənim təyinatımla bağlı İsa Qəmbərin və başqalarının həyacanlanmasının səbəbləri barədə müəyyən şeylər bilirəm...”
“Elçibəyin ətrafındakı adamların hər biri öz komandasını formalaşdırmağa çalışırdı”Əbülfəz Elçibəy hakimiyyəti dönəmində Milli Məclisin sədri, hazırda Milli Strateji Düşüncə Mərkəzinin sədri olan İsa qəmbər “Xural” qəzetinə müsahibəsində həmin illərdə baş verən bəzi məqamları, o cümlədən tanınmış vəkil Qurban Məmmədovla bağlı bir məsələni açıqlayıb: “Hakimiyyətə gəldiyimiz ilk günlərdə Qurban Məmmədovun baş prokuror təyin edilməsi ilə bağlı ideya var idi və o ideya gerçəkləşmədi. Əbülfəz Elçibəy məsləhət görmədi”.İsa Qəmbərin dediklərini, yəni Ə.Elçibəyin nə üçün onun baş prokuror olmasına qarşı çıxdığını aydınlaşdırmaq məqəsdilə tanınmış hüquqşünas Qurban Məmmədovla əlaqə saxladıq.
“Mən prokurorluqdan imtina etdikdən sonra İxtiyar Şirinovu təyin etdilər”Məmmədov
Hurriyyet.org-a bildirdi ki, Əbülfəz Elçibəy haqq dünyasındadır deyə, onun adından danışmaq bir az yaxşı sayılmaz: “O baxımdan, öz bildyimi deyirəm. O vaxtı məni Əbülfəz Elçibəy dəvət etdi. Əli Həsənov sağdır, soruşa bilərsiniz. Əli Həsənov məni dəvət edib, söhbət ediblər ki, səni baş prokurorun birinci müavini vəzifəsinə təyin edirik, 20 gündən sonra da baş prokuror təyin edəcəyik. Dedilər ki, 20 gündən sonra Murad Babayev istefa verəcək. O vaxt Murad Babayev baş prokuror idi. Bu məqamda da mən razılıq verməmişəm. Çünki mən Xalq Cəbhəsində siyasi qərarların qəbul olunmasında iştirak edən bir adam idim. O vaxt kifayət qədər təcrübəm, nüfuzum var idi. Mənim ümumiyyətlə “qarantiya”lı orqanlarda işləmək fikrim yox idi. Hər halda prezdient məsləhət görürdüsə, mən öz mövqeyimi bildirməli idim. Mən dedim ki, birinci müavin olub, sonradan da baş prokuror olmaq fikrim yoxdur, istəmirəm. Hər hansı siyasi post vermək istəyirsinizsə, buyurun, verin. Ondan əlavə, təklif etdim ki, qanunların icrası üzərində nəzarət adlı bir inspektor olsun, onu mənə verin. Mən ölkədə nizam-intizam, yəni icra intizamı, qanunların dönməz olaraq icrasını təşkil edən bir təşkilata rəhbərlik edim, dövlətdə bir icra intizamı yaradım. Mən prokurorluqdan imtina etdikdən sonra İxtiyar Şirinovu təyin etdilər”.
“Dedim, mənim baş prokuror olmaq fikrim yoxdur”Qurban Məmmədov onu da bildirdi ki, ona baş prokuror vəzifəsi təklif edilən ərəfədə Murad Babayev onunla görüşüb: “Buna səbəb də nə idi? O, artıq bilirdi ki, məni yerinə hazırlayırlar. O, məndən soruşdu ki, “baş prokurorluğu istəyirsən, yoxsa yox?” Dedim, Murad müəllim, prokuratura sistemində işləmək fikrim yoxdur, mənə lazım deyil. Dedi: “sən baş prokuror olmaq istəyirsənsə, mən ərizə verməyə hazıram, yox, mənim yerimə başqasını hazırlayırlarsa, ərizə vermirəm”. O vaxt da Bakı Şəhər Prokurorluğunda kriminalist Rövşən Əliyev var idi, hanısısa qüvvələr istəyirdi ki, o, baş prokuror olsun. Murad müəllim dedi ki, “sən istəyirsənsə, halaldı sənə, yox, Rövşəni məni yerimə qoymaq istəyirlərsə, bu mümkün deyil. Onunla mənim nə fərqim var. O, vaxtilə İsgəndər Həmidovun, Tofiq Qasımovun haqqında cinayət işi qaldıranda, Xalq Cəbhəsindən qaçqın düşəndə, siz bilmirdiniz ki, o, necə adamdır?” Mən də qayıtdım ki, Baş Prokurorluq mənlik deyil. Özü də bu söhbətimiz Pənah Hüseynovun qəbul otağında olub. İkimiz söhbət etmişik. Dedim, mənm baş prokuror olmaq fikrim yoxdur, özünüz bilərsiniz”.
“Mənim təyinatımla bağlı İsa Qəmbərin və başqalarının həyacanlanmasının səbəbləri barədə müəyyən şeylər bilirəm”“İsa Qəmbər deyirsə, guya, Elçibəy məsləhət görmədi, hər halda, bunu İsa bəy özü bilər, niyə deyir?! Halbuki, məni şəxsən çağırıb, kişi ilə danışıb, söhət etmişik. Özü də, əvvəl mənimlə Pənah Hüseynov danışıb. Mən imtina edəndən sonra İxtiyar Şirinov təyin ounub. Çünki Murad Babayev Pənah Hüseynovun qəbuluna girdi, Pənah bəylə nə danışdı, nə danışmadı, bimirəm. Murad müəllim mənə dedi ki, “sən gəlməsən, mənim könüllü istefa vermək fikrim yoxdur, Rövşənin mənim yerimə keçməsinə imkan vermərəm”. O, öz mövqeyini ifadə edəndən sonra, gördülər ki, Rövşənin təyinatı ilə bağlı problem olacaq, onda Rövşəni Bakı Şəhər prokuroru təyin etdilər. Baş prokurorun da yerinə İsa Qəmbərgil İxtiyar Şirinovu irəli sürdülər. Çünki İxtiyar Şirinov onun komandasınnı üzvü idi. Əslinə baxsanız, Elçibəy hakimiyyətinin yıxılmsının bir nömrəli səbəbi də Elçibəyin ətrfındakı adamların komanda-komanda oyunbazlığı ilə məşğul olması oldu. Onun ətrafındakı adamların hər biri öz komandasını formalaşdırmağa çalışırdı. Mən isə heç bir komandanın üzvü olmamışdım, fikrim də yox idi. Açıq şəkildə də bildirmişdim. Mənim təyinatımla bağlı İsa Qəmbərin və başqalarının həyacanlanmasının səbəbləri barədə müəyyən şeylər bilirəm. O barədə danışmaq istəmirəm. Bunlar 3-4 adamın arsında olan məsələlərdir, artıq keçib. Təzədən o söhbətləri açıb, qan qaraltmaq istəmirəm”, - dedi hüquqşünas.
Şamo EMİN
Tarix: 21-07-2017, 16:38