Prezidentlərin görüşünün nəticəsi nə olacaq?

Prezidentlərin görüşünün nəticəsi nə olacaq? Rus politoloq, Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarından kənar həllinin mümkün olmadığını deyib
"Rusiya Qarabağ məsələsində Azərbaycan və Ermənistan arasında tərəf tutmur". Bu sözləri Sputnik Azərbaycan-a müsahibəsində rusiyalı politoloq Denis Korkodinov deyib. Kremlin Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini deyən Korkodinov, Qarabağ probleminin həssas mövzu olduğunu bildirib.

"Moskva nə Bakını nə də İrəvanı itirmək istəmədiyi üçün Qarabağ konfliktində konkret tərəf tutan bəyanatlar səsləndirmir. Ancaq Rusiya maksimum səylə çalışır ki, bu problem yekun həllini tapsın" — politoloq qeyd edib.

Denis Korkodinov, payızda Azərbaycan və Ermənistan prezidentləri arasında keçiriləcək görüşün mümkün nəticələri barədə deyib: "Mən nikbin əhvalda olmaq istəyirəm, baxmayaraq ki, mövcud vəziyyət nikbin olmağa əsas vermir. Ancaq yenə də mən ümidliyəm ki, müsbət nəticə əldə olunacaq".



"Bütün dünya BMT-nin müəyyən sənədlərinə istinad etsə də, bəzən öz maraqları üçün bu normaları qəbul etmir. Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyirinə həll etmək üçün gərək beynəlxalq hüququn qiymətləndirmə və normalarını kökündən dəyişəsən və Azərbaycanın reytinqini bu normalar üzərində yüksəldəsən. Elə etmək lazımdır ki, bu normalar hamı tərəfindən hörmətlə qarşılansın və heç kim onları pozmasın. Pozulduğu halda isə pozan tərəfə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyalar qəbul edilməlidir"

Moskvada yaşayan azərbaycanlı politoloq Əbdül Nağıyev də mövzu ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verib. O, Qarabağ münaqişəsinin həllində ən təsirli gücün Rusiya olduğunu söyləyib:


"Gəlin açıq danışaq. Bu məsələni Rusiya olmadan həll etmək demək olar ki, mümkünsüzdür. Böyük bir super gücdən danışırıq biz. Moskva heç zaman imkan verməz ki, başqa bir qlobal güc, onun nüfuz dairəsinə gəlib, hansısa münaqişəni həll etsin. Ancaq bu işin həddən artıq uzanması Kremlin xeyrinə işləməyəcək. Rusiya gərək daha artıq səy göstərib bu problemi daha da böyümədən həll etməyə çalışsın. Çünki Moskvanın təsir gücünü hamımız yaxşı bilirik".

Əbdül Nağıyev Azərbaycan-Ermənistan prezidentlərinin payızda keçirilməsi planlaşdırılan görüşü haqda isə, gözləntilərinin o qədər də böyük olmadığını bildirib.


Tarix: 23-07-2017, 00:15
Xəbəri paylaş





Xəbər lenti