Rusiya Azərbaycan icmasının rəhbəri kimi “Azərros”u tanıdı
Növbəti yığıncaq olub
Rusiya prezidenti yanında millətlətarası şuranın növbəti yığıncağı keçirilib. Tədbirdə bu ölkədə yaşayan xalqları təmsil edən QHT rəhbərləri iştirak ediblər. Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyevin “İstiPress”in şimal bürosuna verdiyi məlumata görə, yığıncaqda Rusiya azərbaycanlılarını “Azərros”un prezidenti Mehriban Sadıqova təmsil edib.
Xatırladaq ki, bir müddət öncə Rusiya Ali Məhkəməsi uzun illər Rusiyada Azərbaycan icmasını təmsil edən Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətini dayandırıb.
Siam.az
Tarix: 23-07-2017, 17:37