Əziz Əzizov Kərəm Həsənovun “razborka”sında: Cəlilabadda saray çevrilişi
Azərbaycan bölgələrinin oliqarxlar arasında qeyri-rəsmi bölüşdürülməsi və rayon rəhbərlərinin müvafiq məmurun komandasında yer alması yazılmamış qanunlarla tənzimlənir. Həmin qanunların bir tərəfi də “qubernator-oliqarx”ın “qələminin qırılması” zamanı icra başçılarının özlərinə gün ağlayaraq komanda mənsubluğuna yenidən baxmasıdır. MTN olayları zamanı bu prosesin şahidi olduq. Məsələn, sabiq MTN şefi Eldar Mahmudova bağlı icra başçılarından sayılan Raqub Məmmədov, Arif Qasımov, keçmiş Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasovun komandasında sayılan Ceyhun Cəfərov bu yolla özünü qorumuş oldu. Amma proses bitməyib və cumhuriyyet.az-a daxil olan məlumata görə komandasında icra başçısı qopması yaşanan daha bir məmur Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur.Məlumat üçün bildirək ki, bir vaxtlar Fərhad Əliyevin himayəsində xırda fiqurlardan sayılan Kərəm Həsənov sonradan cənub bölgəsinin kuratoru olmaq iddiasına düşdü. Belə ki, uzun müddətdir ki, Cəlilabad rayonu Dövlət Əmlak Komitəsinin sədrinin kurasiyasındadır və rayonun icra başçısı Əziz Əzizov da Kərəm Həsənovun yaxın adamı və “sağ əli”, həm də komitə sədrinin rayondakı biznesinin rəhbəri kimi tanınır kimi tanınıb. Amma hazırda icra başçısı komitə sədrinin kölgəsindən çıxmış sayılır. Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, K.Həsənovun Ə.Əzizovun yüksəlişi ilə bağlı vədləri sırasında onun hələ ötən il Abşeron rayonuna icra başçısı təyin olunması var imiş. Ancaq bu plan baş tutmayıb. Əksinə, MTN olaylarının dalğası komitə sədrini elə silkələyib ki onun postu belə təhlükə altına düşüb. Bu isə təbii ki, digər həmkarları kimi, Cəlilabad rəhbərini də yeni himayədar və yeni komanda haqda düşünməyə məcbur edib.
Cəlilabad rayon icra başçısının Kərəm Həsənovun siyasi cazibə dairəsindən çıxması haqda məlumatlı mənbənin sözlərinə görə prosesi qarşılıqlı da saymaq olar. Belə ki, əslində komitə sədri də icra başçısına tam güvənli olmayıb: “Hər iki övladı Əmlak Məsələləri Dövlət Komitəsində yüksək vəzifədə çalışan Cəlilabad rayon icra başçısının köməkçisi Malik Şərbətov bu inamsızlığa sübut ola bilər. M.Şərbətov əslində Adminstrasiyada yüksək post tutan bir məmurun kadrı kimi tanınıb. Amma onun icra başçısının yanında komitə sədrinin nəzarətcisi və məlumatçısı olduğu da hər kəsə bəllidir. Məhz bu səbəbdəndir ki, Ə.Əzizov “mehriban düşmən” olduğu köməkçisini istəsə belə vəzifəsindən azad edə bilmir”.
Prosesin hazırki durumu ilə bağlı məlumatlarda bildirilir ki, icra başçısı artıq bir neçədəfə komitə sədrinin deputat qardaşına sərt üzünü göstərib. Eyni zamanda icra başçısının komitə sədrinə qarşı bəzi maliyyə xəyanətlərinin də üstü açılıb.Bununla bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, bir müddət öncə Kərəm Həsənovun dayısı Cəlilabad rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Rahib Kərimovun da iştirakı ilə komitə sədri icra başçısı ilə “razborka” aparıb və maliyyə xəyanətləri ifşa olunub.
– Kərəm Həsənovun vəsaiti ilə tikilən bağça və xəstəxana üçün rayonda kimlərdən pul yığılıb?
– İcra hakimiyyətinin binasında “ştatlı işverən xanım” son .ərləmə əməliyyatını necə və neçəyə həyata keçirib?
– Məhkəmə sədrindən kimə hökm oxunması istənilib?Bütün bunlar haqda növbəti yazımızda…
Tarix: 24-07-2017, 10:23