“Millət vəkillərinin özlərini, avtomobillərini fərqləndirmək istəkləri qanunsuzdur”

“Millət vəkillərinin özlərini, avtomobillərini fərqləndirmək istəkləri qanunsuzdur” Mahmud Hacıyev: “Hər kəs kimi onlar da Azərbaycan vətəndaşlarıdır”

Son vaxtlar bəzi millət vəkilləri DYP əməkdaşları tərəfindən yerli-yersiz saxlanıldıqlarını iddia edərək onların avtomobillərini digər maşınlardan fərqləndirən nişan və ya nömrələrin verilməsi təklifi ilə çıxış edir.
Maraqlıdır, millət vəkillərinin bu istəkləri nə dərəcədə qanunidir? Doğrudanmı onlara bu baxımdan əlahiddə imtiyaz verilməlidir?


Anaxeber.az-a açıqlama verən sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev bu cür istəkləri qanuni hesab etmədiyini vurğuladı:
“Millət vəkillərinin avtomobillərinə fərqləndirici nişanların verilməsinə ehtiyac yoxdur. Dövlət məmuru da, millət vəkili də, adi insanlar da Azərbaycan vətəndaşıdır. DYP-nin də özünün hüquq və vəzifələri mövcuddur. Onlar bütün vətəndaşlara eyni şəkildə yanaşmalı, eyni formada müraciət etməlidirlər. Əgər DYP kimisə fərqləndirərsə, bu düzgün olmaz.
Hesab edirm ki, millət vəkillərinin bu cür müraciəti qanunauyğun hesab edilə bilməz. Belə çıxır ki, onlar öz avtomobillərini, yaxud öz şəxsiyyətlərini fərqləndirmək istəyirlər. Bu isə ədalətli yanaşma deyil”.

Siam.az
Tarix: 24-07-2017, 10:38
Xəbəri paylaş





Xəbər lenti