“Rəhim Qazıyevin Elçibəylə bağlı dedikləri gopdan başqa bir şey deyil”
Aqil Səmədbəyi: “Onun mənimlə bağılı iddiaları da tamamilə yalandır”Sabiq müdafiə naziri Rəhim Qazıyev mətbuata sonuncu müsahibəsində mərhum president Əbülfəz Elçibəy, eləcə də onun kürəkəni Aqil Səmədbəyli ilə bağlı bəzi ittihamlar səsləndirib. R.Qazıyev A.Səmədbəylini fərarilikdə ittiham edib. Ə.Elçibəyi isə Şuşanın, Laçının işğalında təqsirləndirib.
Məsələ ilə bağlı Anaxeber.az-a açıqlama verən Aqil Səmədbəyli R.Qazıyevin ittihamlarının yalandan başqa bir şey olmadığını vurğulayıb:
“Bu adamın Elçibəylə bağlı dediklərinə özündən başqa inanan olmaz. Mənimlə bağlı dedikləri isə tamamən cəfəngiyyatdır. Əvvəla, mən Türkiyəyə təhsil amağa 1991-ci ildə, həm də məhz Elçibəyin təşəbbüsü ilə milli kadrlar hazırlamaq məqsədi ilə göndərilən 50 nəfərdən biri olaraq getmişəm. İkincisi, mənim təşəbbüsüm və rəhbərliyim ilə bir avtobus dolusu tələbə 1993-cü ildə Kəlbəcər işğal ediləndə savaşmaq üçün təhsilimizi buraxıb Azərbaycana gəlmişik. Yenə məhz Elçibəy tərəfindən geri, yəni Türkiyəyə qaytarılmışıq. Üçüncüsü, mən Elçibəyin qızı ilə 1999-cu ildə ailə qurmuşam. Göründüyü kimi, Qazıyevin mənimlə bağlı iddiaları tamamən yalandır. Bəylə bağılı dedikləri isə gopdan başqa bir şey deyil.
Kəlbəcərə savaşmaq üçün gələrkən mənimlə brabər olan dostlarımız həyatdadırlar. Hətta qızalardan Zülfiyyə xanım da bizimlə gəlmişdi. Yəqin ki, bu dostlarımız xatirələrini facebookda paylaşıblar”.
Siam.az
Tarix: 24-07-2017, 12:56