Moskvanın Qafqaz planı: Tiflis və Bakıya yeni mesaj
Rusiyanın Cənubi Osetiyadakı hərbi təlimi təkcə Gürcüstan üçün yox, Azərbaycan və İran üçün də təhdiddir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın keçmiş Müdafiə naziri Dmitri Şaşkin söyləyib.“Rusiya bu təlim sayəsində özünün Cənubi Osetiyadakı qüvvələrini yeni marşrutlara hazırlayır. Onlar üçün bu marşrut Gürcüstanın işğal olunmamış əraziləridir. Rusiya öz niyyətlərini gizlətmir və yeni təlimi sayəsində Gürcüstanla bərabər bütün regiona siqnal göndərir. Bu təlim Azərbaycan və İran üçün də siqnaldır. Rusiya Gürcüstan ərazisindən özünün Gümrüdəki bazasına dəhliz açmaqla bağlı maraqlarını gizlətmir. Onlar hazırlaşırlar”, - Şaşkin bildirib.
Qeyd edək ki, bundan öncə Rusiya Şimali Qafqaz və Cənubi Osetiyada hərbi təlimə başlayıb. Təlimdə 16 min hərbçi və 4 min hərbi texnika iştirak edir.
Tarix: 25-07-2017, 17:29