İcra başçılarının xanım müavinləri YOLA SALINIR - Nə baş verir?

İcra başçılarının xanım müavinləri YOLA SALINIR - Nə baş verir? Azərbaycanda rayon və şəhər icra hakimiyyətlərinə xanım müavinlərin təyinatına təxminən 2013-cü ildən başlanıldı. O zaman Prezident Administrasiyası hər bir rayon və şəhərdə icra başçısının müavinlərindən birinin qadın olması ilə bağlı göstəriş vermişdi. Həmin göstəriş qısa zamanda demək olar ki, bütün ölkəboyu icra olundu. Bu, yerlərdə də müsbət qarşılanan hadisəyə çevrildi.

Amma son vaxtlar bəzi rayonlarda icra başçılarının xanım müavinlərinin vəzifədən uzaqlaşdırlması halları gerçəkləşməyə başlayıb.

Bu gün media Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə Qəmbərovanın vəzifəsindən azad olunduğu barədə məlumat yayıb. Və xəbər rəsmən təsdiqlənib.

Modern.az-a məlum olub ki, bir müddət öncə Bakının Sabunçu rayon İcra Hakimiyyətində də anoloji addım atılıb. Belə ki, icra başçısının xanım müavini Arzu Məmmədova tutduğu vəzifədən azad edilib.
Sabunçu rayon İcra Hakimiyyətindən xəbəri Modern.az-a təsdiqləyiblər. Bildirilib ki, hələ ki keçmiş xanım müavininin yerinə təyinat yoxdur.
“Arzu Məmmədova hazırda Gənclər və İdman Nazirliyində yeni vəzifədə çalışır. Onun yerinə təyinat yoxdur. Yaxın vaxtlarda yeni təyinatla bağlı məlumat veriləcək”.

Kəlbəcər rayon İcra Hakimiyyətinin saytındakı məlumatlarda da xanım müavinin adına rast gəlmədik. Məlum oldu ki, bu qurumda edilən kadr dyişiklikləri nəticəsində icra başçısının xanım müavinini kişi müavin əvəzləyib.

Abşeron rayon İcra Hakimiyyətində də xanım müavin yoxdur. Doğrudur, bu rayonda icra başçısının özü qadındır. İcra başçısı İradə Gülməmmədova əvvəllər ictimai-siyasi və humanitar məsələlər üzrə müavin postunu tutub. O, icra baçısı təyin olunandan sonra xanım müavin götürməyib. Hazırda Abşeron rayon İcra Hakimiyyətində bütün müavinlər kişidir.

Xanım müavinlərin yola salınma hallarının digər bəzi rayonlarda da olduğu deyilir. Araşdırmamız davam edəcək...
Tarix: 25-07-2017, 19:50
Xəbəri paylaş





Xəbər lenti