Rusiyadan imdad umanların nəzərinə- ELXAN ŞAHİNOĞLU YAZIR
Politoliq Elxan Şahinoğlu özünün sosial şəbəkədəki hesabında bəzi azərbaycanlıların Rusiyadan gözləntiləri ilə bağlı fikirlərini bölüşüb. Gununsesi.info politoloqun qeydlərini təqdim edir:Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşündən sonra baş verənlər (yalnız faktların dili ilə):
1. Atəşkəs daha intensiv pozulmağa başladı, yaralı hərbçimiz var;
2. Ermənistan-Azərbaycan sərhəddi boyunca atışmalar artdı;
3. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağa gələrək nümayişkənarə şəkildə işğal altındakı Kəlbəcərdə oldu;
4. Rusiya Cənubi Osetiya istiqamətində Bakı-Supsa boru xəttinin bir hissəsini nəzarətinə götürdü və nəhayət
5. Rusiyanın Azərbaycandakı səfirliyi açıqlama verərək dedi ki, Azərbaycan qanunlarını pozan Aleksandr Lapşini Rusiyaya ekstradisiya edin! Bunlar Soçi görüşündən sonra bir neçə gündə baş verənlərdir.
Tarix: 26-07-2017, 10:23