"Hər şey onların aparacaqları siyasətdən asılıdır"

"Hər şey onların aparacaqları siyasətdən asılıdır" Rusiya hərbi qüvvələri Gürcüstanın Kaspi rayonunun Karapila kəndindən keçən hissəsini öz nəzarəti altına alıması həm Gürcüstan, həm də Azərbaycan ictimaiyyətində müzakirələrə səbəb olub. Bakı-Supsa neft kəmərinin bir hissəsi də həmin ərazidədir. Ekspertlər şimal qonşumuzun bu addımını Azərbaycan və Gürcüstan üçün bir mesaj hesab edirlər.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli məsələ ilə bağlı Moderator.az - a açıqlamasında bildirib ki, Rusiyanın bu addımı Azərbaycan üçün təhlükədir:

“Qafqaz regionu hər zaman qaynar bir ərazi olub. Rusiya qoşunlarını Qafqazda hər-hansısa bir əraziyə daxil olması hər zaman ölkəmiz üçün bir təhlükədir. Şimal qonşumuz nəinki Qafqazda, keçmiş SSSR məkanında da bu tip addımlarını atmaqla münaqişə ocaqları yaratmaqdadır. Bu məsələ ABŞ və Qərbi də təbii ki, narahat edəcək. Amma hər şey onların aparacaqları siyasətdən aslıdır. Mən indidən onların bu məsələylə bağlı hər-hansısa tədbir görüb-görməyəcəyini deyə bilmərəm.”
Tarix: 26-07-2017, 10:25
Xəbəri paylaş





Xəbər lenti