Rusiyanın qaz nəhəngi “Qazprom” ABŞ senatının təklif etdiyi eksterritorial sanksiyasının qəbul olunacağı təhlükəsinə görə, ”Türk axını” qaz kəmərinin tikintisini sürətləndirir. Həmin sanksiyanın qəbul edilməsi, bu layihənin qapadılmasına gətirib çıxara bilər.
Rusiyanın işgüzar “Vedomosti” qəzetinin məlumatına görə, ”Qazprom”un podratçısı “Swis Allseas” şirkəti artıq demək olar ki, Qara dənizin dibi ilə 15 mil uzunluğunda qaz borusu çəkib. ”Swis Allseas Audacia” şirkətinin dəniz nəqliyyatı kordinatoru göstərir ki, onun gəmiləri nəzərdə tutulan qrafiki qabaqlayırlar.“Qazprom”un çəkdiyi boru xətti bir qədər riskli işdir. Çünki türklərlə hələ indiyədək boru kəmərinin daxili infrastrukturu barəsində heç bir razılaşma yoxdur. Ancaq hər halda bu Rusiyanın sərhədlərindən kənarda və Krım yarımadasından cənuba uzanan ilk kilometrlərdir. Bu kəmərin Türkiyəyə gedib çatması üçün hələ xeyli vaxt tələb olunur.
“Türk axını” boru kəməri “Qazprom” ilə İtaliyanın “EniSpA“ şirkətinin Rusiya qazının Ukraynadan yan keçməklə, Avropaya çatdıracaq “Cənub axını” layihəsinə alternativ olaraq yaradılıb.
Avropalılar 2014-cü ildə baş verən Ukrayna hadisələri ilə əlaqədar tətbiq olunan sanksiyalar üzündən bu xəttin tikintisini dayandırdılar. Taleyin kinayəsi ilə həmin dövlətlər “Qazprom”un “Şimal axını-2” adı altında çəkdiyi ikinci xətti əngəlləmədilər. Bu xəttə uyğun olaraq, rusiyalılar boru kəmərini Baltik dənizi ilə çəkməyi planlaşdırırlar. Plana görə layihə Almaniyanın “Wintershall” və Avstriyanın “OMW” şirkətləri tərəfindən maliyyələşdirilməlidir. Hər iki ölkənin hökumətləri sanksiyaların yenilənməsi ilə bağlı özlərinin son qanun layihəsində ABŞ senatının “Şimal axını-2” layihəsinin əngəllənməsini tənqid ediblər. Bu qanun layihəsində “Türk axını”nın adı keçmir.
İyulda “Qazprom” investorları xəbərdar edib ki, əgər senatın verdiyi təklif qəbul edilərsə, onda boru kəmərinin iki layihəsi təxirə salına və ya əngəllənə bilər.
Hərçənd ki, respublikaçıların liderləri deyirlər ki, qanun layihəsi Konqresdən sadəcə olaraq texniki səbəbərlə görə keçməyib, lakin nəzərdə tutulan qanun layihəsi ABŞ neft lobbiçiləri tərəfindən razılıqla qarşılanmır. Həmin qanun layihəsinə əsasən, Rusiya firmalarına ehtiyat hissələri göndərən enerji şirkətləri cəzalandırılacaq.
Bundan başqa, senat Rusiya istiqraz vərəqələrini və “Qazprom” kimi sanksiyaya məruz qalmış şirkətlərin səhmlərini alan Amerika investisiya fondunun dolayı yolla sanksiya altında olan Rusiya dövlət məmurlarını maliyyələşdirməsinin mümkün olub-olmamasını aydınlaşdırmaq məqsədiylə Dövlət Departamentinə və milli kəşfiyyat direktoruna (onların hər ikisi açıq anti-Rusiya mövqeyində dayanırlar) müraciət edib.
Rusiyanın Ukraynanın şərqində separatçı hərəkatda iştirakına görə, bir neçə bankla yanaşı Rusiyanın neft-qaz sənayesi də sanksiyalar siyahısına salınıb.
Keçən həftə Rusiya tərəfindən dəstəklənən Donbasın separatçı liderləri Malarossiya adı altında yeni muxtar respublika yaratmaq istədiklərini bəyan ediblər. Amma onların bu addımı Ukrayna hökuməti tərəfindən çətin ki, təqdir edilsin.
Rusiyanın üzərinə qoyulmuş sanksiyaların götülüməsi, bu ölkənin Donbas və Luqansk separatçılarına dəstək verməkdən imtina etməsindən asılıdır. Ukrayna hökuməti isə, orada seçkilərin keçirilməsinə icazə verməlidir. Ümumi yekun muxtariyyət istəyənlərin xeyrinə olacaq.
Krım nə zamansa Ukraynanın daxilində muxtar respublika idi. Kiyevdəki rusiyapərəst liderin çöküşündən sonra Krım çox sürətlə ayrılmaq barəsində səsvermə keçirdi. Səsvermə tam qələbə ilə yekunlaşdı. Sonra Rusiya 48 saat ərzində yarımadanı işğal etdi. BMT isə bunu qeyri-qanuni akt adlandırdı. Krımda Rusiyanın isti sulardakı yeganə hərbi limanı yerləşir.
Krımın Ukraynaya qaytarılması sanksiyaların götürülməsi haqqında razılaşmanının bir hissəsi deyil. Bu yaxınlarda “The Wall Street Journal” qəzeti məlumat verib ki, Amerikanın enerji şirkətləri Rusiyaya qarşı geniş miqyaslı sanksıyaları bəyənmirlər.
(Forbes-ABŞ)
Tarix: 26-07-2017, 15:18