Qiyamçı polkovnik yenə meydanda? - Yaxud bitmiş adamın hekayəsi

Qiyamçı polkovnik yenə meydanda? - Yaxud bitmiş adamın hekayəsi Zəlimxan Məmmədli: “Surətin missiyası 90-larda bitib”

Son zamanlar Azərbaycanın sabiq baş naziri Surət Hüseynov sosial şəbəkələrdə aktivləşib. Siyasi ekspertləri bunu Rusiyanın, Kremlin nəzarətində olan 5-ci kolonun fəallaşması kimi nəzərdən keçirirlər. Qeyd edək ki, Azərbaycandakı rus qoşunlarının rəhbərliyi ilə qaranlıq əlaqələrə malik Surət Hüseynov müstəqilliyin ilk illərində iki dəfə dövlət çevrilişinə cəhd edib. Birinci çevriliş Surəti hakimiyyət olimpinə aparsa da, ikinci cəhd həbsxanaya apardı. Həbsdən çıxandan sonra Gəncədə yaşayan sabiq baş nazir keçmişin həsrəti ilə yaşayanlardandır.


Qeyd edək ki, bu günlərdə Rusiya bütün keçmiş SSRİ ərazisində, özəlliklə Cənubi Qafqazda aktivləşib. İyulun 7-də Donald Trampla Rusiya prezidenti Putinin görüşü ərəfəsində bu ölkənin sərhəd qoşunları Rusiya sərhəd nişanlarını işğal edilmiş Cənubi Osetiyanın ərazilərinə doğru keçiriblər. Rusiyanın bu işğalçı siyasəti Bakı-Supsa neft kəmərini də təhlükə altına atır.

“Borçalı” cəmiyyətinin sədri, politoloq Zəlimxan Məmmədli Cebhe.info-ya açıqlamasında baş verən hadisələrin fonunda Azərbaycanı gözləyə biləcək təhlükələrdən söz açıb: Qiyamçı polkovnik yenə meydanda? - Yaxud bitmiş adamın hekayəsi

“Müstəqilliyimizin ilk illərində Surət Hüseynov satılaraq dövlətçiliyimizə ağır zərbələr vurdu. Düşünmürəm ki, Rusiya indiki zamanda Surət Hüseynovun vasitəsilə nəyəsə nail ola bilsin. Onun “missiyası” 90-cı illərdə bitib”.

Z.Məmmədli bildirib ki, Orta Asiya da daxil olmaqla Azərbaycanı Avropa ilə birləşdirən nəzarət paketi uğrunda gizli savaş gedir:

“Hazırda Rusiyanın başı Avropanın təhlükəsizliyində mühüm rol oynayan Ukraynaya qarışıb. Ukraynadan sonra isə Qafqazda Azərbaycanı ram etmək niyyəti üzərində planlar cızır. Ukrayna, o cümlədən, Azərbaycan Rusiyanın nəzarəti paketinə keçərsə, Avropanın təhlükəsizliyi ciddi zərbə altında ola bilər. Azərbaycan strateji mahiyyət daşıyan bir dövlətdir. Bakı-Supsa üzərində nəzarəti ələ keçirmək, təhdid yaratmaq Rusiyanın hərbi və strateji hədəflərindən biridir. Rusiya MDB məkanında kifayət qədər aktivdir. Hazırda isə dövlətlərin istiqlalına son qoymaq uğrunda plan cızır. Dünya siyasətində yeni mərhələyə daxil olan Rusiyanın əsas hədəflərindən biri Cənubi Qafqaz ölkələridir”.

Nigar Məhərrəm

Tarix: 26-07-2017, 17:01
Xəbəri paylaş





Xəbər lenti