ABŞ-ın “kölgə kəşfiyyatı”ndan sensasion iddialar:"Yaxın 10 ildə Rusiya parçalanacaq, Türkiyə isə..."

ABŞ-ın “kölgə kəşfiyyatı”ndan sensasion iddialar:"Yaxın 10 ildə Rusiya parçalanacaq, Türkiyə isə..." "ABŞ çalışır ki, NATO-ya paralel olaraq Baltikyanıdan Bolqarıstana qədər müttəfiqlər sistemi qursun".

Bu barədə informasiya ABŞ-ın “Stratfor” analitik şirkətinin 2015-2025-ci il geosiyasi proqnozlarında yer alıb. Şirkət Vaşinqtonun buraya daha çox ölkə cəlb etmək istədiyini bildirib:


“Əsas məsələ yeni Baltik-Qara dəniz ittifaqı olacaq. Bu ittifaq Azərbaycan və Xəzər dənizinə qədər genişləndirilsəydi daha məntiqli olardı. İttifaqa Azərbaycanla bərabər Türkiyəni də cəlb etməyə çalışacaqlar. Bu ölkələrə təhdidlərə cavab olaraq ordu göndəriləcək. Bu, qarşıda duran 10 illiyin ilk yarısının əsas məsələsi olacaq. ABŞ beləliklə Avropa problemlərinə, Çinlə qarşıdurmaya az daxil olacaq”.

Rusiya parçalanır

“Stratfor” analitiklərinin fikrincə, Rusiyanın gələcəkdə hazırkı formasında qalması az inandırıcıdır:

“Rusiyadan qərbdə olan Polşa, Macarıstan və Rumıniya bir zamanlar Moskva ilə savaşda itirdikləri regionlarını geri qaytarmağa cəhd edəcəklər. Onlar Ukrayna və Belarusu da öz təsir zonalarına daxil etmək istəyəcəklər. Moskva cənubunda olan Şimali Qafqaza nəzarət imkanlarını itirəcək. Mərkəzi Asiyada isə qeyri-stabillik başlayacaq. Kareliyanın şimal-qərbini Finlandiya öz ərazisinə daxil etmək istəyəcək. Uzaq Şərqdəki bölgələr isə daha azad siyasət yürütməyə çalışacaqlar”.

II Osmanlının doğuluşu

Proqnozlarda həmçinin ərəb dünyasına da diqqət ayrılıb. Ekspertlərin fikrincə, bölgədəki situasiyanın öhdəsindən yalnız Türkiyə gələ biləcək:

“Türkiyə indi ərəb konfliktləri, Qafqaz və Qara dəniz konfliktləri ilə əhatəlidir. Türkiyə hələlik Yaxın Şərqdə tam müstəqil siyasət yürütməyə hazır deyil və buna görə də ABŞ-la əməkdaşlıq edəcək. Türklər öz təsir zonalarını Şimali Afrikaya qədər artıracaqlar.

Türkiyənin diqqəti təkcə Yaxın Şərqə yönəlməyəcək. Rusiya zəiflədikcə avropalılar Türkiyənin maraq dairəsində olan zonalara gələcəklər. Türkiyə şimal istiqamətində olan iqtisadi və siyasi gücündən yararlanacaq və hətta hərbi gücündən də istifadə edəcək. Avropa Birliyinin dağılması bəzi ölkələrin Şərqə marağını artıra bilər. Bu isə Türkiyəyə özünün Balkanlarda əsas güc olmasına imkan yaradır. Türkiyə yaxın 10 ildə əsas regional gücə çevriləcək”.

Axar.az
Tarix: 27-07-2017, 12:10
Xəbəri paylaş





Xəbər lenti