Azərbaycan “iki od arasında”? - “Dağlıq Qarabağ münaqişəsinin həllində yeni imkanlar yaranır” - EKSPERT

Azərbaycan “iki od arasında”? - “Dağlıq Qarabağ  münaqişəsinin həllində yeni imkanlar  yaranır” - EKSPERT Rusiya-ABŞ münasibətlərində yenidən sanksiya gərginliyi yaranıb. Rusiyaya qarşı Qərbin yeni sanksiyalar qəbul etməsi, əsasən də ABŞ-ın qəbul etməyə hazırlaşdığı sanksiyalar, bir sözlə ABŞ-Rusiya qarşıdurması Azərbaycanın əhəmiyyətini artırır?



Cebhe.info-nun bu sualını Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva cavablandırıb: “Azərbaycan Amerika Birləşmiş Ştatlarının vacib strateji - iqtisadi tərəfdaşı, qlobal enerji təhlükəsizliyində və Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycan ABŞ-ın qlobal hərbi strateji, enerji stabilliyi və təhlükəsizliyində mühüm rol alan bir tərəfdaşı kimi, həmçinin Avropanın enerji təhlükəsizliyində və qitələr arası transmilli enerji nəqli marşrutlarında ABŞ la eyni mövqeydən çıxış edən bir oyunçudur.Azərbaycan “iki od arasında”? - “Dağlıq Qarabağ  münaqişəsinin həllində yeni imkanlar  yaranır” - EKSPERT

Qərb, ABŞ və Rusiya qarşıdurması adlandırdığımız , sərtləşmiş yeni xarici siyasət nəticəsində beynəlxalq münasibətlər tamamilə yeni müstəviyə qədəm qoyması və qlobal siyasi sistemdə güclər balansının yenidən formalaşması ilə müşayət olunur . Bu isə o deməkdir ki , istər Qərb , ABŞ, istərsə də Rusiya üçün qlobal enerji və beynəlxalq təhlükəsizliyə təsiretmə imkanlarına malik Azərbaycanın strateji tərəfdaş kimi əhəmiyyəti böyüyür.

Ekspert belə bir şəraitdə Azərbaycan üşün “iki od arasında qalmaq” kimi bir vəziyyətin müzakirə mövzusu olacağını düşünmür: “Bildiyimiz kimi Cənubi Qafqaz qitələrarası “ tampon zona “ adlandırdığımız geosiyasi əhəmiyyətli bir zonadır. Azərbaycan belə əlverişli geosiyasi regionun, zəngin təbii ehtiyatlara, neft yataqlarına malik, beynəlxalq hüquq və prinsiplərə hörmət edən, regiondakı güclər arasında balanslı siyasət yürüdərək , öz milli maraqlarına uyğun müəyyənləşdirdiyi müstəqil və çoxvektorlu xarici siyasət həyata keçirən mühüm dövlətdir.

Bilirik ki , ABŞ-ın Cənubi Qafqazda bütün maraqları , iqtisadi , siyasi və təhlükəsizlik maraqları və xarici siyasətinin ana xətti Rusiyanın Qafqazdakı təsir dairəsini zəiflətmək məqsədi üzərindən qurulub. Qərbin Rusiyaya qarşı yeni sanksiyalar qəbul etməsi, ABŞ-ın qəbul etməyə hazırlaşdığı sanksiyalarla fonunda dəyişən yeni geosiyasi müstəvidə Cənubi Qafqazın digər iki ölkəsindən fərqli olaraq , məhz Azərbaycan yürütdüyü balanslı , coxvektorlu siyasət sayəsində yeni manevr imkanları əldə etmiş olur və deməli, Azərbaycan üçün milli maraqlarının müdafiəsində və Dağlıq Qarabağ konfliktinin həllində yeni imkanlar yaranır” .
Tarix: 27-07-2017, 13:08
Xəbəri paylaş





Xəbər lenti